Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda körpə ölümləri NİYƏ ARTIB? - Səbəbləri AÇIQLANDI


Tarix:1-11-2019, 15:53 Kateqoriya:Manşet / Tibb

Azərbaycanda körpə ölümləri NİYƏ ARTIB? - Səbəbləri AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda uşaq ölümü göstəricisinin artdığını bildirib. Onun sözlərinə görə, inkişaf edən ölkələrdə körpə ölümlərinin əmsalı hər 1 000 diri doğulana 9-10 səviyyəsindədirsə, Azərbaycanda bu göstərici 19-dur.

Mövzu ilə bağlı Lent.az -a verən Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Səadət Ələsgərova bildirib ki, ölkədə hər il qeydə alınan körpə ölümləri azalır:
“Körpə ölümlərinin ən böyük hissəsini yeni doğulanlar və ya vaxtından əvvəl doğulanlar təşkil edir. Diri doğulan uşaqların ölüm halları isə daha çox 1 həftə, 10 günə və ya 1 aya qədər müddətdə qeydə alınır”.
S.Ələsgərova qeyd edib ki, körpə ölümlərinin statistikasının zəif aşağı düşməsinin səbəbi ölkədə son 4-5 ildə diri doğulanların yeni meyarlarının tətbiqi ilə bağlıdır:

“2015-ci ildən etibarən 500 qramdan yuxarı doğulan uşaqlar diri doğulan kimi qiymətləndirilir. Bu körpələrdə baş verən ölümlərin faizi digərləri ilə müqayisədə yüksək olaraq qalmaqdadır. Bu səbəbdən də hazırda körpə ölümlərinin azalmasında müsbət dinamika aydın gözə çarpmır”.
Baş həkim əlavə edib ki, bu sahədə görüləcək işlər çoxdur:

“Hazırda həm paytaxtda perinatal mərkəz, həm də regionlarda perinatal mərkəzlər fəaliyyət göstərir. Onların hamısı ən müasir avadanlıqlarla, dərman preparatları ilə təchiz edilib. Ancaq körpə ölümlərinin sayının kəskin azalmasını qısa müddətdə gözləmək mümkün deyil. Ona görə ki, onların doğulma səbəblərinin də arasında müxtəlif faktorlar (genetik, infeksiyalar, doğuş problemi və s.) yer alır”.

Dövlət Statistika Komitəsindən isə bildirilib ki, 2014-cü ildə 1 655 (976 oğlan, 679 qız), 2015-ci ildə 2 033 (1 220 oğlan, 813 qız), 2016-cı ildə 1 666 (999 oğlan, 667 qız), 2017-ci ildə 1 700 (993 oğlan, 707 qız), 2018-ci ildə isə 1 547 (892 oğlan, 655 qız) 1 yaşa qədər körpə ölümü qeydə alınıb.
Hər 1 000 nəfər diri doğulana 2014-cü ildə 10.2 (10.9 oğlan, 9.5 qız), 2015-ci ildə 11.0 (12.2 oğlan, 9.5 qız), 2016-cı ildə 11.4 (12.8 oğlan, 9.7 oğlan), 2017-ci ildə 11.1 (12.3 oğlan, 9.7 qız), 2018-ci ildə isə 11.1 (12.0 oğlan, 10.1 qız) səviyyəsində qeydə alınıb.

Hicranə Əlişqızı

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO