Qarabag Media
Haqqımızda Əlaqə

Ərdoğan: “Nümayəndələr Palatasının “erməni soyqırımı”nı tanımasının hüquqi əsası yoxdur”


Tarix:31-10-2019, 00:05 Kateqoriya:Manşet / Türk dünyası

Ərdoğan: “Nümayəndələr Palatasının “erməni soyqırımı”nı tanımasının hüquqi əsası yoxdur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları (ABŞ) Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Karabakhmedia.az-ın xəbərinə görə, Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxış edən Ərdoğan bildirib ki, Türkiyə Nümayəndələr Palatasının məlum qərarını tanımır.

Onun sözlərinə görə, bu qərarın heç bir hüquqi əsası yoxdur: “Özləri çalıb, özləri oynayırlar. Ölkəmizə atılan böhtana görə üzgünük. Bizim inancımızda soyqırımı məfhumuna yer yoxdur. Biz illərdir bu iş tarixçilərin, arxeoloqların işidir, tarixçi və arxeoloqlardan ibarət heyətlər yaradılsın, onlar bu işi görsünlər, siyasət bu işə alət edilməsin, bundan sonra siyasətçilər görüşsün deyirik. Biz arxivlərimizi də açmışıq. Arxivdə bu məsələ ilə bağlı 1 milyondan çox sənəd var. Ermənilər də arxivlərini açsınlar! Yoxdur axı, necə açsınlar?! Bizə günahkarsınız deyib, ittiham edə bilməzsiniz!”

Türkiyə Prezidenti qeyd edib ki, 1970-80-ci illərdə ASALA terror təşkilatı tərəfindən 21 fərqli ölkədə Türkiyənin səfirliklərinə 100-dən çox silahlı hücum təşkil edilib: “Bununla bağlı əlimizdə sənədlər var. 40-dan çox diplomatımız şəhid edilib. Bundan xəbəriniz var? Nədənsə Türkiyənin itkilərindən danışılmır”.

Ərdoğan vurğulayıb ki, Türkiyə hüquqi müstəvidə bu məsələyə layiqli cavab verəcək.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması barədə akt qəbul edib. Bundan başqa, Palata Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatları ilə bağlı müəyyən sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi də qəbul edib./apa/

___________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO