Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 96-cı ildönümüdür


Tarix:28-10-2019, 23:28 Kateqoriya:Manşet / Türk dünyası

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 96-cı ildönümüdür

Türkiyədə bu gün Respublika Günü qeyd edilir.

Karabakhmedia.az-ın məlumatına görə, 1923-cü il oktyabrın 29-da idarəetmə formasına görə respublika elan olunan Türkiyə 96 ildir, müstəqil yaşayır.

Türkiyə dünyanın siyasi və hərbi baxımdan çox mürəkkəb dövründə respublika olmaq qərarı verib.

Birinci dünya müharibəsindən məğlub ayrılan Osmanlı imperiyası İngiltərə, Yunanıstan, Fransa və İtaliya kimi xarici dövlətlərin işğalı ilə üzləşib. Belə bir dövrdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk vətənsevərlər 1919-cu il mayın 19-da Samsundan ölkənin azadlığı uğrunda mübarizəyə başladılar. Ağır və əzmkar mübarizə qısa müddət sonra müsbət nəticəsini verməyə başladı, vətən torpaqları düşmən tapdağından xilas edildi.

1920-ci il aprelin 23-də millət təmsilçiləri – deputatlar paytaxt Ankarada Türkiyə Böyük Millət Məclisinə (TBMM) toplaşdılar. Mustafa Kamal Paşa TBMM-in sədri seçildi. Bundan sonra Parlament milli qurtuluş savaşına başladı. Bir tərəfdən könüllülərdən ibarət dəstələr, digər tərəfdən nizami ordu dəstələri düşmənə qarşı mübarizə apardılar. Bu mübarizə də nəticəsini verdi və Türkiyə ərazisi düşməndən təmizləndi.

TBMM-in II çağırış sessiyası 1923-cü il avqustun 11-də başladı. Oktyabrın 23-də Ankara paytaxt elan edildi. Oktyabrın 28-də axşam Mustafa Kamal Paşa yaxın dostlarını Çankayaya yeməyə dəvət edərək, “sabah respublikanı elan edəcəyik” dedi. Oktyabrın 29-da Mustafa Kamal Atatürk əvvəlcədən hazırladığı və ölkənin respublika elan olunmasını nəzərdə tutan layihəni TBMM-ə təqdim etdi.

Həmin layihədə “Türkiyə dövlətinin forması cümhuriyyətdir. Türkiyə dövləti Böyük Millət Məclisi tərəfindən idarə olunur” sözləri yer alırdı. Parlament həmin qanun layihəsini qəbul etdi. Həmin gün axşam saat 20:30-da Türkiyə respublika elan olundu. Həmin tarixdən etibarən Osmanlı imperiyası rəsmi şəkildə Türkiyə Cümhuriyyəti ilə əvəzləndi.

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO