Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD CƏFƏR PİŞƏVƏRİ - IV YAZI


Tarix:28-10-2019, 10:15 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD CƏFƏR PİŞƏVƏRİ - IV YAZI

Seyid Cəfər Pişəvərinin sosial-fəlsəfi görüşlərində qrupla (partiyayla) xalqın, fərdlə liderin birliyi mühüm yer tutur. O, yazırdı: “Biz biriydik: “mən və camaat”. Bir söz danışıb, bir fikir edirdik. Ona görə mən xalqın üzündə böyük razılıq müşahidə etməklə onun bizə ürəkdən inandığınnı və inam üzərində bizim müvəffəqiyyətimizin yüzdə-yüz təsdiq edilə biləcəyini yəqin etdim. Xalqı sevmək və etimadının süslü olmağını birinci dəfə olaraq bu iclasda dərk etdim. O günədək əgər siyasi mübarizə və firqəvi bir iş ilə məşğul olmağı özümə vəzifə bilirdimsə, ondan sonra xalq dostluğu, xalq ailəsinin məsuliyyətli bir üzvü kimi ağır vəzifə daşıdığımı hiss etdim. Ona görə xalq sözü, xalq işi, xalq səadəti mənim üçün yüksək və ali bir hədəf şəklində özünü göstərdi. O gündən etibarən şüarlar, məramnamələr, iclaslar və konqreslərdə çıxarılan qərarların doğruluğu üçün həmin xalq səadətini bir vahid, bir ölçü olaraq təqib edərək təklifləri bu əsas üstündə qurub düzəltməyə çalışdım. Bu ölçü üzərində gördüyümüz işlərdə, həmişə yüzdə-yüz müvəffəqiyyətimizin təmin olunduğu əməl də mənə aydın oldu. Bir sözlə, o gündən etibarən gücümüz, hədəfimiz və zəifliyimizin xalqda olduğunu tam mənası ilə dərk etdim. Bu həqiqəti nəzərdə tutmayan zaman yoldan azır və xalqdan uzaqlaşmaqla, işlərimizin qaldığını hiss etməyə başladım”.

Ona görə, xalqla partiya, xalqla lider arasındakı münasibətlər həmişə şəfaf olmalıdır. Özəlliklə də, xalq arasındakı təbəqələri xüsusi mülkiyyət və sair məsələlərə görə üz-üzə qoymaq doğru deyildir. Bu baxımdan o, dəfələrlə bildirirdi ki, ADF sinfi mübarizə uğrunda çalışmır: “Firqəmiz milli bir firqə olduğu üçün sinif və təbəqə nəzərdə tutulmayıb. Ümumi camaatı öz bayrağı altına çağırır”. Sadəcə, milli hərəkatdan kimlərsə sui-istifadə edib zəhmətkeş təbəqəni əzmək istəyəcəksə, o zaman belələrinə qarşı ADF-nin rəftarı çox sərt olacaqdır. Eyni zamanda, əllərinə fürsət, qüdrət düşərsə, Azərbaycanı tərk edib Tehranda və ya ayrı şəhərlərdə Azərbaycanın gündən-günə genişlənən azadlıq hərəkatına düşmən olan xainlərin əmlakını müsadirə edib, ehtiyacı olanların ixtiyarına verilməsini təmin edəcəklər. Pişəvəri yazırdı: “Xalqın əlinin zəhməti ilə toplanmış sərvət onun azadlığı əleyhinə sərf edilə bilməz və buna yol vermək xəyanətdir. Firqəmizin bu şüarını mülkiyyət əleyhinə yazıb təfsir edənlərin alçaq və fitnəkar olduğu məlumdur. Aqrar məsələdə torpaq islahatı keçirmək üçün bütün mütərəqqi dövlətlərin proqramında olduğu halda, torpaqsız və aztorpaqlı kəndlini himayə etməyimizi bizə günah hesab etmək olmaz”.

O yazırdı ki, Tudə Partiyası ətrafında sol hərəkatın qabağını almaqla milli şüarın daha tez yazılmasına çalışıblar. Burada da əsas məqsəd, “sol hərəkat”dan əsasən uzaq duran kəndliləri və xırda malikləri ADF-yə cəlb etmək olmuşdur: “Bu vasitə ilə biz solluq və avam fırıldaqçılıq zərbəsilə firqəni əlində alət edən adamların qarşısını alıb, eyni zamaqnda xalqın firqəyə hüsn-rəğbət göstərməsini təmin etmiş olduq. Bu düzgün siyasətin nəticəsi idi ki, camaatın ümumi təbəqəsi, hətta ruhanilər, ortabab kəndlilər və xırda maliklər də bizim şüarımızı qəbul etdilər”.

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD CƏFƏR PİŞƏVƏRİ - IV YAZI

“Sol hərəkat”dan, başqa sözlə kommunizmdən bir qədər uzaqlaşıb daha çox mərkəzçi, yəni demokrat mövqe tutmasını Pişəvəri belə izah edirdi ki, kommunistlərin xüsusi mülkiyyətin ləğvi və digər prinsipial tələbləri var idi, həmin dövrdə bunu həyata keçirmək mümkün deyildi. O, yazırdı: “Həqiqətdə bizim firqəmiz Kommunist firqəsi deyildi. Biz Azərbaycanda olan şərait daxilində xüsusi mülkiyyəti ləğv edə bilməzdik. Hizbi-Tudənin böyük səhvini təkrar etmək bizə yaramazdı. Biz eləyə bilməzdik ki, milli bir firqə olduğumuz halda birinci addımda sinfi mübarizəni alovlandıraq. Bizim hədəfimiz Azərbaycanda milli və demokratik bir rejim yaratmaq və dərəbəylik rejiminin kökünü qazıb aradan qaldırmaq və xalqı müasir, mütərəqqi yola çəkməkdən ibarət idi. Ona görə kommunist və ya sosialist adını üstümüzə qoya bilməzdik”.

O, daha sonra yazırdı: “Torpaq bölgüsü və mülkiyyəti ləğv etmək məsələsi Azərbaycanın və İranın o günkü şəraitində mümkün olan iş deyildi. Bundan ötrü xalq, xüsusən kəndlilər hələki layiqincə hazırlanmamışdı. Doğrudur, Azərbaycanda torpağın ən mühüm hissəsi mülkədarların ixtiyarındadır. Bununla belə yüz minlərlə xırda malik və az torpaqlı kəndliləri də narahat etmək olmazdı. Yeganə yaşayış vasitəsi olan torpaqdan onları məhrum etməyə yol verilməməli idi. buna görə biz məramnaməmizdə, xüsusi mülkiyyəti ləğv etməyib onu saxlamağı qeyd etmişdik”.
Ancaq Pişəvəri bundan az sonra keçirilən birinci Kəndli konfransındakı (1846, aprel) nitqində deyirdi ki, torpağı kəndlilərə pulsuz veriblər, çünki milli azadlığın əsas zamini kəndlilərdirlər: “Əgər kəndli olmasaydı, biz onu əldə edə bilməzdik. Kəndlilər bu Hökuməti yaratdıqları üçün onun arxasında dururlar”. Pişəvəri dana sonra deyirdi ki, Azərbaycanın birinci və həqiqi ağası kəndlilər olduğu üçün torpaq bölgüsü, yer bölgüsü zamanı hampa ilə torpaqsız kəndli arasında narazlıq olmasın. Başqa sözlə, kəndlilərlə hampalar yer bölgüsünü qardaşcasına həll edib, bu ölkəınin azadlığını da bir yerdə qorumalıdırlar.

Pişəvəri din məsələsinə də ehtiyatla yanaşmış, hər vaxt Milli hökumərlə ruhanilər arasındakı tarazlığı qoruyub saxlamağa çalışmışdır. O, yazıırdı ki, din məsələsində aparılan doğru taktikanın nəticəsində ruhanilər Milli hərəkatın qalib gəlməsi üçün çalışıblar, ən azı dualar ediblər: “O vaxt mən eşidirdim, firqəyə mənsub olmayan adamlar xalqın milli nehzətinə tərəfdarlıq edirdilər. Məscidlərdə, minbərlərdə milli nehzətimizin irəliləyişi üçün dua edirdilər. Xalq hiss etmişdir ki, biz onun məzhəbi hissiyyatına müxalif deyilik. Amma bu təziyə nə qədər ağıllı olsa, o qədər əzəməti və təsiri artıq olar. Biz çalışacağıq xalq düşmənləri əzadarlıqdan öz siyasi məqsədləri üçün istifadə etməsinlər. Mürtəcelər bu əzadarlıqlardan da sui-istifadə etmək istəyirlər”.

O, daha sonra yazırdı: “Azərbaycan ruhaniləri bunu yaxşı bilirlər ki, Rza xan işə başlayanda xalqı aldatmaq üçün əvvəl özü dəstə başına düşürdü, sonra isə məscidləri bağlatdırırdı, dindar üləmaları təhqir etdirirdi. Ruhanilər bunu yaxşı bilirlər ki, diktatorluq onların xeyrinə deyil, diktatorlar əvvəl xalqı aldatmaq üçün əvvəl özlərini məzhəbə bağlı qələmə verib, sonra məzhəbin əleyhinə işləyirlər. Bunu gözümüz görüb”. Pişəvəri güman edirdi ki, ruhanilər də xalqı yaxşı yola hidayət etmək üçün azadlığın lazım olduğunu dərk edirlər. Çünki azadlıq olsa, onlara xalqı haqq yola dəvət etməyə imkan yaranır. Onun fikrincə, bu baxımdan ruhaniləri ələ almaq isteyən Tehran hökumətinin fırıldağını onlar anlamalı və bu oyuna getməməlidirlər: “İndi Tehrandakı mürtəcelər bu məsələdən istifadə etməyə çalışırlar, amma onlar bu yoldan istifadə edə bilməyəcəklər. Mən fikir edirəm ki, bizim ruhanilərimiz fövqəladə mətin və yaxşı adamlardır. Təcrübə göstərib ki, onlar xalqımızın nehzətinin əleyhinə olmamışlar. Buna görə firqəmiz onlara artıq dərəcə ehtiram və izzət qaildir. Bizim xalqımız ayıq, düzgün və imanlı bir xalq olduğu üçün mürtəcelərin əlində alət olmayacaq. Ruhanilərimizə gəldikdə onlar irticadan uzaq adamlardır”.

Pişəvərinin yaradıcılığında soial fəlsəfə ilə bağlı olan dil və milliyyət məsələsi də xüsusi yer tutmuşdur. Onun fikrincə, Ana dilinin kökü xalqımızn qanında və ürəyindədir. O, yazırdı: “Biz onu (Ana dilini-F.Ə.) ana südü ilə əmib, vətənimizin ruhu oxşayan havası ilə tənəffüs etmişik. Onu təhqir edənlər, onu bizə zorla qəbul etdirildiyini və süni olduğunu göstərmək istəyənlər bizim həqiqi düşmənlərimizdir. Çox xain və əcnəbi ünsürlər qərinələr ilə bu gözəl dili ortadan götürməyə çalışmışlar. Onun tərəqqisinə və yaşamasına mane olmaq qəsdi ilə xüsusən ən qəddar azadlıq düşməni olan Rza şah dövləti var qüvvəsini sərf etmişdir”. O, daha sonra yazır: “Azərbaycan dili süni bir deyil. Onun böyük xalqı və geniş camaat qüvvəsi kimi arxası var. Dilimiz xalqın yaratdığı dastanlar, zərbi-məsəllər, hekayə və nağıllar vasitəsilə dünyanın ən böyük dilləri ilə rəqabət edə bilər, şairlərimiz, ədiblərimiz bu dil vasitəsilə öz hislərini, hünər və sənətlərini meydana gətirib xalqın nəzərini cəlb edə bilərlər. Bizim vəzifəmiz onu genişləndirmək, onu müasir hala salmaq, onun gözəlliklərini, incəliklərini, hiss və dəyərlərini toz-torpaq arasından çıxarıb, təmiz və ali bir zərf içərisində xalqa təqdim etməkdəm ibarətdir”.

Pişəvəriyə görə, Azərbaycan dili o qədər qüvvətli, sərf-nəhv qaydaları o qədər möhkəm və təbiidir ki, hətta onun içinə daxil edilmiş fars və ərəb kəlmələri çıxarılsa belə, onunla böyük fikirləri, ali məqsədləri yazıb şərh etmək mümkündür. Lakin biz xalqın istedadını nəzərdə tutub bu işi tələsik görməyə ehtiyac hiss etmirik. Əqidəmizə görə yazı gərək xalqın danışdığı və anladığı bir şivədə verilsin. Məqsədimiz ədəbi müsabiqə deyil, xalqı başa salmaq, ona həqiqəti aydın bir surətdə göstərməkdir. Bu cəhətdən biz xalq tərəfindən qəbul edilib işlədilən ərəb və fars kəlmələrinin müvəqqəti olsa belə saxlamaq lüzumunu inkar etmirik. Lakin onları öz dilimizin qaydalarına təbiq edib, onun ahənginə uyğun bir hala gətirməliyik”.

Seyid Cəfər hesab edirdi ki, dünyada elə bir dil tapılmaz ki, o tamamilə müstəqil olsun və qonşu dillərin təsirinə düşməsin: “Bizim Azərbaycan dili də Azərbaycanın tarixi və coğrafi mövqeyinə görə əcnəbi dillərin təsirindən kənarda qalmamışdır. İstər-istəməz bir çox yad kəlmələr xalqımızın ağzına düşmüş və zaman-zaman onlar milliləşmişdir. Biz dilin təkamülünü nəzərdə tutub o kəlmələrdən istifadə etməyi lazım bilirik. Lakin bundan sui-istifadə edib dil və yazını qəlizləşdirməyə və mənası anlaşılmaz kəlmələri işlətməyə çalışanlara ciddi müxalifət etməliyik”.


AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

_____________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO