Qarabag Media
Haqqımızda Əlaqə

Anamın Məşhəd səfəri...


Tarix:25-11-2015, 12:06 Kateqoriya:Manşet / Laçın yurdu

Anamın Məşhəd səfəri...

Araz YAQUBOĞLU
Müqəddəs yerləri ziyarət etmək hər bir insanın arzu-istəyi, Kəbəni ziyarət etmək isə hər bir müsəlmanın borcudur. Əmim oğlu Hacı Ədalətin qızını və nəvəsini Təbrizə həkimə aparmaq, oradan isə Məşhəd şəhərinə gedərək oranı ziyarət etmək istəyinə anam Əsmətel xanım da qoşuldu. Bizimlə məsləhətləşəndən sonra onun da həm həkimə yoxlanılmaq, həm də çoxdan-dır arzusunda olduğu Məşhəd şəhərini ziyarət etmək imkanı yaranmışdı. Açığı neçə il idi ki, anam Bakıda müalicə olunsa da, müəyyən ağrıları qal-maqda idi.

Bu yazını yazmağa bəlkə də heç lüzum yox idi. Lakin anamın səfər zamanı düşünülmüş şəkildə özü ilə qeyd dəftərçəsi götürməsi, hər gün axşam oturub gündəlik yazması məni bu yazını yazmağa həvəsləndirdi.

2014-cü ilin sentyabrında anam yaxın qohumlarımız Hacı Ədalət, Rafiq, Samir, Fatma (Fema), İlhamə, Nuranə və İsmayıl ilə birlikdə İrana yola dü-şüblər. Səfər barədə əlavə heç nə yazmadan elə sözügedən gündəliyi təqdim etməyim kifayətdir.

23 sentyabr. Səhər saat 5-də evdən çıxdıq. Saat 9:30-da Biləsuvara çat-dıq. Yemək yedik. Qızım Rəfiqə ilə danışdım. Günorta saat 1-ə kimi göm-rükdən keçdik. Ən azı 10 yerdə pasport yoxladılar. Hər yerdə “başını bağla” deyirlər. Saat 13:00-da taksi ilə Təbrizə yola düşdük. Saat 15:30-da Savalan dağının ətəyində yemək yedik (əgər yemək demək mümkünsə). Buradan başı qarlı Savalan dağı çox gözəl görünür. Axşam saat 6-da Təbrizə çatdıq. İki saat sonra otelə yerləşdik. Biləsuvardan Təbrizə 400 km yol getdik. Yolların kənarı bizim Göyçəni xatırladır. Amma dağlar bombozdur. Axşam saat 23:00-da yatdıq.

24 sentyabr. Səhər saat 7-də oyandıq, səhər yeməyi yedik. Saat 10-da yoldaşlarımdan bir neçəsi getdi gəzməyə. Mən aşağı düşdüm, başım hərlən-di, qayıtdım otelə. Nuranə, İlhamə və mən oteldə oturduq. Axşam saat 22:00-da həkimə getdim. Saat 24:00-da otele gəldim və yatdıq.

25 sentyabr. Səhər saat 8-də yuxudan durub səhər yeməyi yedik. Dərmanlarımızı alıb sonra “Lalə park”a getdik. Bu park Bakıdakı “28 Mall” kimidir, onu xatırladır. Bir az gəzdikdən sonra nahar yeməyi yedik. Bu gün Məşhədə bilet olmadı. Sabah saat 5:00-a bilet aldıq. Təbrizdən Məşhədə 1600 km-dir.

26 sentyabr. Səhər durduq. Yemək yeyəndən sonra getdik şəhərə gəz-məyə, xalçalara baxdıq. Həqiqətən də Təbriz xalçaları gözəlliyi ilə göz ox-şayır. Mən konfet və bir-iki xırda-xuruş şey aldım. Saat 5:00-da avtovağ-zaldan Məşhəd şəhərinə yola düşdük. 23:30-da Zəncan şəhərinə çatdıq.

27 sentyabr. Saat 3:00-da – 22 saatdan sonra Məşhədə çatdıq. Otelə getdik. Çay içib saat 5:00-da ziyarətə getdik. Məşhəd biz şiələrin müqəddəs şəhəridir. Çoxlu tarixi binalar, məscidlər adamı heyran edir. İmam Rzanı ziyarət etdik. Ziyarət zamanı özümü çox yaxşı hiss etdim. Ziyarətdən sonra gəldik bazara. Bir az şəhəri gəzib gəldik otelə. Ərdəbilə sabah üçün bilet aldıq. Bu gün Məşhəd şəhərində mənim 63 yaşım tamam oldu.

28 sentyabr. Səhər yenə ziyarətə getdik. Sonra yenə bazara getdik. Saat 2-də taksi ilə avtovağzala gedib, Ərdəbilə yola düşdük. 24 saat yol get-məliyik.
29 sentyabr. Yolumuz bir az uzandı deyə Ərdəbilə çatmadıq. Getsəy-dik onda gömrük yoxlanışına çatmırdıq. Saat 2-də çatdıq İran Astarasına. Astarada düşdük. Oradan Astara gömrüyünə 20 dəqiqəlik yoldur. Gəldik ora, gömrükdən çox çətin keçdik. Adam çox idi. Birtəhər saat 5:00-da keçid məntəqəsindən keçdik. Gecə saat 2:00-da evə çatdıq. Vəssalam. Bu da bizim 7 günlük İran səfərimiz..."

"Laçın yurdu" jurnalı










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”