Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün 3 Milli Qəhrəmanın doğum günüdür


Tarix:26-10-2019, 23:16 Kateqoriya:Manşet / Qəhrəmanlar

Bu gün 3 Milli Qəhrəmanın doğum günüdür

Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanının doğum günüdür.

Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirib. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edib. R.Əsədov 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəydə hərbi əməliyyatların fəal iştirakçısı olub. 1992-ci il noyabrın 12-də Ağstafada əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən şəhid olub.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 202 saylı fərmanı ilə Əsədov Rafael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Ailəli idi. İki övladı var.

Elbrus Hacı oğlu Allahverdiyev1958-ci ildə oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin mayında leytenant rütbəsində könüllü olaraq cəbhəyə gedib, Ağdam istiqamətində artilleriya batareysının komandiri kimi döyüşlərə başlayıb, sonra divizion komandiri olub, düşmənin onlarla qüvvəsi və texnikasını sıradan çıxarıb. Ağdərə istiqamətində xüsusi sücaət göstərib. 1993-cü il iyunun 16-da Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə 3 dəfə düşmənin hücumlarını dəf edib, yaralanıb və şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.

Ailəli idi. Üç övladı var.

İqor Vladimiroviç Makeyev 1971-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib, Ağdam, Tərtər, Ağdərə istiqamətlərində sücaətlə vuruşub, 1992-ci il avqustun 2-də Ağdərə rayonu ərazisində “Vışka” yüksəkliyi uğrunda döyüşdə pulemyotçu kimi axıra qədər vuruşub, 28 nəfərin mühasirədən çıxmasına şərait yaradıb və qəhrəmanlıqla şəhid olub.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Sadıllı qəsəbəsində adına küçə var.

Subay idi.

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO