Qarabag Media
Haqqımızda Əlaqə

"Qarabağ" Avropa Liqasında APOEL-lə heç-heçə oynayıb


Tarix:24-10-2019, 22:01 Kateqoriya:Manşet / İdman

"Qarabağ" Avropa Liqasında APOEL-lə heç-heçə oynayıb

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandasını qəbul edib.

Evdə keçirdiyi ilk turda İspaniya “Sevilya”sına 0:3 hesabı ilə uduzan, ardınca Lüksemburqda “Düdelanj”a 4:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ikinci qələbə üçün meydana çıxıblar. Tofiq Bəhramov adına Respublika stadionunun dolu tribunaları önünə çıxan çempionumuz erkən qolla azarkeşləri sevindirib.

Dani Kintana Miçelin ötürməsindən sonra qonaqları mərkəzdən başlamağa məcbur edib. Oyunun əvvəlində ərazi üstünlüyünə də malik olan “Qarabağ” tədricən rəqibin təzyiqini hiss etməyə başlayıb.

APOEL hissənin sonunadək iki qol vuraraq hesabda önə keçməyi bacarıb. Öncə Nikolas İoannou, fasilə ərəfəsində isə Linus Hallenius fərqlənib. İkinci qol “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun kobud səhvindən sonra vurulub. 37 yaşlı veteran futbolçu cərimə meydanı daxilində topu rəqibə “hədiyyə” edərək qolun vurulmasına şərait yaradıb.

İkinci hissəyə hücumlarla başlayan “Qarabağ” rəqib qapısına ardıcıl həmlələr təşkil edib. 59-cu dəqiqədə təmsilçimiz istəyinə çatıb. Qapı önünə hava ötürməsini Aylton baş zərbəsi ilə tamamlayıb – 2:2.

Hesab bərabərləşdikdən sonra topa daha çox nəzarət edən “Qarabağ” rəqib qapısına hücumların sayını da artırıb. Lakin qonaqlar da topa yiyələnən kimi irəli atılmağa çalışıblar. Komandalardan heç biri qələbə qolunu vura bilməyib. Nəticədə “Qarabağ” evdə ilk, ümumilikdə 4-cü xalını toplayıb. A qrupunun autsayderi olan APOEL isə ilk xalına sevinib.

Qeyd edək ki, qrupun digər oyununda “Sevilya” (İspaniya) “Düdelanj”la (Lüksemburq) qarşılaşacaq.

Avropa Liqası
Qrup mərhələsi, III tur
A qrupu, 24 oktyabr
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2
Qollar: Kintana, 13, Aylton, 58 - İoannou, 29, Hallenius, 45+1
Baş hakim: Filip Qlova (Slovakiya)
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorqos Merkis, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 17. Antonio Yakolis, 23. Joajinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

***

22:02

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda hesab bərabərləşib.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 59-cu dəqiqəsində Ağdam təmsilçisi qol vurub. Aylton Silvanın başla gözəl zərbəsi stadiona toplaşan azarkeşlərə sevinc bəxş edib - 2:2.

***

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda üçüncü qol vurulub.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 45+1-ci dəqiqəsində rəqib hesabda önə keçib. Qonaqların heyətində Linus Hallenius fərqlənib - 2:1.

***

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 29-cu dəqiqəsində qonaqlar status-kvonu bərpa ediblər. Bərabərlik qolunu Nkolas İoannou vurub - 1:1.

***

21:02

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 13-cü dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Dani Kintana dəqiq zərbə ilə Ağdam təmsilçisini hesabda önə keçirib - 1:0.

***

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirir.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin III turunun oyununa çıxıb.

Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşürlər. İlk iki oyunda İspaniya “Sevilya”sına 0:3 hesabı ilə uduzub, Lüksemburq “Düdelanj”ını 4:1 hesabı ilə üstələyən təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.

Mövsümdə 3-cü dəfə bu rəqiblə üz-üzə gələn “Qarabağ” Çempionlar Liqasındakı məğlubiyyətin revanşını almağa çalışır. Qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində ağdamlıları məhz APOEL mübarizədən kənarlaşdırmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan “Qarabağ” elə bu arenada 2 cavabsız qolla azarkeşlərini üzmüşdü.

Qeyd edək ki, A qrupunun digər oyununda “Sevilya” “Düdelanj”la görüşəcək.

Avropa Liqası
Qrup mərhələsi, III tur
A qrupu, 24 oktyabr
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr)
Baş hakim: Filip Qlova (Slovakiya)
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorqos Merkis, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 17. Antonio Yakolis, 23. Joajinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

_________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO