Qarabag Media
Haqqımızda Əlaqə

Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)


Tarix:21-10-2019, 13:22 Kateqoriya:Manşet / Qarabağ / Qəhrəmanlar

Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Natiq Babayev və Namiq Abdullayev Şəhidlər xiyabanında anılıb.


"Qarabağ Media" xəbər verir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə oktyabrın 20-də Şəhidlər Xiyabanında 811 saylı Laçın dağ-atıcı alayının şəhid olmuş əsgərləri Natiq Babayev və Namiq Abdullayevin anım tədbiri keçirlib. 

Tədbirdə şəhidlərin ailə üzvləri, onlarla çiyin-çiyinə savaşmış döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Qəhrəman vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.


Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov çıxış edərək Azərbaycanda şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Laçın rayonunun seçilən rayonlardan olduğunu bildirib: "Bu gün bu müqəddəs məkanda uyuyan, torpaqlarımız uğrunda canlarını fəda etmiş Natiq və Namiq şərəfli bir həyat yaşadılar. Onlar yaşadıqları qısa ömürləri ilə gəncliyə, gələcəyə nümunə oldular. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir kəs diqqətə, hərmətə layiqdir. Sədri olduğum ictimai birliyin təşkilatçılığı ilə biz tez-tez şəhid ailələrinə baş çəkirik, xüsusi anım günlərini keçiririk. Düşünürəm ki, şəhidlərimizi yad etmək, onların xatirəsini uca tutmaq hər birimizin ən müqəddəs borcudur. Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə dövlətin xüsusi diqqət və qayğısı var. Şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə, təşkilatımız adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm və biz, keçmiş döyüşçülər vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an onun əmri ilə silaha sarılmağa hazırıq”.

 

Daha sonra tanınmış şairlər İlham Qəhraman və Nazim Əhmədli, Xuraman Camalqızı 811 saylı hərbi hissənin qərargah rəisi olmuş Rafiq Nağıyev və veteranlar Babək Məmmədov, İsabalı Əsgərov şəhid döyüşçülərimizin həyatından, keçdikləri döyüş yolu ilə bağlı xatirələrindən danışıblar.


Qeyd edək ki, əslən Laçın rayonunun Pircahan kəndindən olan Namiq Şamil oqlu Abdullayev 1962-ci il 27 aprelde Bakının M.Rəsulzadə qəsəbəsində anadan olub. Namiq 1991-ci ilin axırlarından könüllü hərbi birlikdə sonradan isə 811 saylı hərbi hissədə ermənilərə qarşı aparılan bir çox əməliyyatlarda  fədakarlıqla iştirak edib. Namiq Abdullayev 1992-ci ilin 19 oktyabrında şəhid olub. 


Babayev Natiq Rafiq oğlu 22 noyabr 1972-ci ildə Laçın şəhərində doğulub. 811 saylı hərbi hissənin əsgəri olan Natiq Babayev 1992-ci il oktyabrın 19-da Tığik kəndi uğrunda gedən döyüşlərdə həlak olub.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Əhmədli kənd mədəniyyət evinə Natiq Rafiq oğlu Babayevin adı verilib.


 
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)

Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)

Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)

Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)


Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO