Qarabag Media
Haqqımızda Əlaqə

Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"


Tarix:19-10-2019, 00:25 Kateqoriya:Manşet / Qarabağ

Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"

"Belə yaramaz cəhdləri davam etdirmək əvəzinə, Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

Ermənistan XİN-i Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun “İzvestiya” qəzetinə müsahibəsini şərh edərək guya ki, Azərbaycanın “Kazan sənədi”ndən imtina etdiyini bildirib.

Karabakhmedia.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla bağlı KİV-in sualını cavablandıraraq deyib: “Əvvəlcə məsələnin tarixçəsini qısaca xatırlatmaq istərdim. Hazırkı proses 2004-cü ildə Praqada Ermənistan və Azərbaycan XİN-ləri səviyyəsində aparılan danışıqlarla başladı və 2007-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən “Madrid prinsipləri” kimi tanınan təkliflərin işlənib-hazırlanmasına gətirib çıxardı. 2009-cu ildə bu təkliflər təkmilləşdirilərək, “Yenilənmiş Madrid prinsipləri” adı altında təqdim olundu.

Bu təkliflərə əsasən, 2009-2013-cü illərdə ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin başçıları münaqişənin həllinin əsas konturlarını göstərən birgə bəyanatlarla çıxış etdilər. Məhz bu məntiq həmsədrlərin sonrakı fəaliyyətlərində əsas götürülür və bəyanatlarında, o cümlədən cari ilin 9 mart tarixli bəyanatlarında öz əksini tapır. Ermənistan Xarici İşlər Nazirliyinə bu bəyanatların bütün müddəalarını yaddaşlarında yeniləmələrini tövsiyə edirik.

“Kazan sənədi”nə gəldikdə isə, bu sənəd də BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və digər beynəlxalq təşkilatların müvafiq qərarları əsasında tərtib edilib.
Azərbaycan isə beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərimizin azad olunması və bu torpaqlardan didərgin düşmüş insanların öz evlərinə geri qayıtmasını təmin edən bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib. Ermənistan tərəfinin bu kimi cılız və gülünc açıqlamalarla çıxış etməsinin dəfələrlə şahidi olmuşuq.

Lakin belə yaramaz cəhdləri davam etdirmək əvəzinə, Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməli və bölgədəki sülh və təhlükəsizliyi, eləcə də işğalçı ölkənin özünün qeyri-konstruktiv mövqeyi səbəbindən düşdüyü dalandan çıxmasını təmin edə biləcək addımlar atmalıdır”.

_________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”