Qarabag Media
Haqqımızda Əlaqə

“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR


Tarix:18-10-2019, 23:56 Kateqoriya:Manşet / Qarabağ

“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR

Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbərliyinin Rusiya səfəri davam edir. “Yeni Müsavat”ın əməkdaşının da ezam olunduğu səfər zamanı növbəti görüş Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlıların bir qrupu ilə keçirildi.

Bu yerdə qeyd edək ki, səfər Rusiya-Azərbaycan münasibətləri, bu ölkədə yaşayan azərbaycanlılarla Qarabağ müzakirələrinin aparılması məqsədilə reallaşdırılıb. QAT sədri Akif Nağı və təşkilatın Ali Məclisinin sədri Barat İmanini Sankt-Peterburqda yaşayan soydaşlarımızla görüşü şəhərin mərkəzi hissələrində yerləşən ünvanda baş tutdu. Neva çayının qollarının ecazkar gözəlliklər bəxş etdiyi, Fin körfəzi sahillərində, Finlandiyanın təqribən 200 km-liyində qərarlaşmış şəhər, bura üçün adi sayılan növbəti yağışlı, həm də tıxaclı gününü yaşasa da, tədbirə çoxsaylı soydaşlarımız təşrif buyurmuşdular. Azərbaycan və Türkiyə, Rusiya bayraqları ilə bəzədilmiş zaldakı tədbirin aparıcısı Füzuli Cavadov hər kəsi salamladıqdan, Bakıdan gəlmiş nümayəndə heyətini təqdim etdikdən sonra inamla “inşallah Qarabağın alınmasının bünövrəsi Sankt-Peterburqda, elə bu tədbirdə qoyular”, deyərək arzularını ifadə etdi. Görüşdə öncə Qarabağ aid film təqdim olundu. Aparıcı əlavə etdi ki, diasporun fəal üzvlərindən biri, tədbirə qatılanların arasında yeganə xanım Aynur Əhmədin doğum günüdür. Bu münasibətlə onu təbrik etdi və məclis iştirakçıları da alqışlarla təbriklərə qatıldılar. Aparıcı iştirakçıların əksəriyyətinin Qarabağdan olduğunu söylədi, ancaq əlavə etdi ki, “Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”.

Uzun illərdir Sank-Peterburqda yaşayan və təşkilatçı olaraq tanınan, nüfuzu ilə seçilən şəhərdə “Əli dayı” kimi tanınan Əli Salmanov çıxış edərək dedi ki, A.Nağı ilə bu gün şəxsən tanış olsa da, onun fəaliyyətini illərdir izləyir və təqdir edir. “Biz bütün təşkilatlarla hökumətimizin, dövlətimizin ətrafında birləşib Qarabağın azadlığı uğrunda mübarizə aparmalıyıq”, Ə.Salmanov çağırış etdi.

Diaspor fəalı Ramiz Məmmədov “Qarabağın azadlığı uğrunda mübarizədə ziyalılarımıza çox böyük ehtiyac var. QAT olaraq sizin üzərinizdə çox ağır bir yük var, sizə bu yolda uğurlar arzu edirəm”, deyə, söylədi.

QAT Ali Məclisinin sədri Barat İmani dedi ki, vaxtilə 10 il bu şəhərdə yaşadığı üçün Sank-Peterburq onunçün çox tanış və doğmadır. Təşkilat nümayəndəsi Qarabağın düşmən tapdağından azad olunması üçün xaricdə yaşayan soydaşlarımızın üzərinə də böyük məsuliyyətin düşdüyünü vurğuladı. O qeyd etdi ki, indiki mərhələdə xüsusilə də milli birliyin qorunub-saxlanması, güclü diasporanın qurulması olduqca vacibdir və yalnız bu yolla Azərbaycana qarşı saxta təbliğat işləri aparan düşmənin qarşısında duruş gətirmək olar.

İzdihamlı görüşdə çıxış edən QAT sədri Akif Nağı çıxşında iştirakçıları salamladı, onlara təşəkkür etdi. “Biz bu gün Qarabağın azadlığı ideyasının ətrafında birləşmişik”, deyən A.Nağı bildridi ki, əgər təşkilatlana bilməsək, heç bir nəticəyə nail ola bilməyəcəyik: “Hər kəs bunu bilməlidir. Hamı soruşur ki, çıxış yolu nədir? Çıxış yolu bizim bir yumruğa dönməyimizdən keçir. Elə bir gücə çevrilməliyik ki, Azərbaycan hakimiyyəti torpaqların azadlığına qərar versin, beynəlxalq təşkilatlar da ədalətli mövqedən çıxış etsinlər. Bizim düşmənimiz güclü deyil, məkrlidir. Kişiyanə mübarizə aparan düşmənlə döyüşmək çox asandır. Amma şərəf, vicdan anlayışı olmayan düşmənlə mübarizə aparmaq çox çətindir. Biz onların müqavimətini qıraraq təşkilatlanmanı həyata keçirməliyik”. QAT sədri dedi ki, Qarabağ adı altında təşkilatlanmaq, vahid mərkəzdə birləşmək lazımdır.

Daha sonra A.Nağı QAT-ın üzvlük vəsiqəsini Sankt-Peterburqda yaşayan keçmiş döyüşçü, Milli Qəhrəman Şirin Mirzəyevin taborunda döyüşmüş Elbrus Mustafayevə iştirakçıların alqışlarının müşayiəti ilə təqdim etdi.

Keçmiş döyüşçü Elgiz İsgəndərov çıxışı zamanı beynəlxalq aləmdə ikili standartların olduğunu söylədi. Bildirdi ki, Dağlıq Qarabağda olmazın həyasızlıqlarbaş verir, lakin Avropa, Amerika susur: “27 ildir ortada bir nəticə yoxdur. Biz nəhayət, tələb qoymalıyıq! Danışqla donuz darıdan çıxmayacaq! Azərbaycan müharibə etməlidir, torpağını azad etməlidir. Başqa çıxış yolu yoxdur! Qardaş, mən müharibədə olmuşam, düşmən mənə güllə atıb. İndi onunla nə danışım? Düşmənlə silahla danışmalıyıq. Ali Baş Komandan milləti yığmalıdır, birdəfəlik sözümüzü deməliyik! 2016-cı ildə aprel döyüşləri olanda Laçından olan uşaqlar yığışdılar, dedilər savaşa getmək istəyirik. Konsula zəng etdim ki, nə edək? Dedi Azərbaycanın güclü ordusu var, lazım olanda ordumuz sözünü deyəcək. Biz torpaqlarımızı azad etmək istəyiriksə, heç kimdən icazə almamalıyıq. ABŞ boyda dövlət Türkiyəyə qarşı çıxdı, amma yenə də Türkiyə terrorçulara qarşı savaşa başladı. 27 ildir danışıq olar? Nədən danışmalıyıq? Erməni deyir bir qarış torpaq vermirəm, bundan sonra nə danışaq?! Sankt-Peterburqda yaşayan azərbaycanlılar hamıya müraciət edir, torpağımızı alaq, qayıdaq yurdumuza!”

Daha bir soydaşımız, Rasim Əliyev də savaş çağırışı etdi: “İçimiz yanır, fikrimiz odur ki, hökumətimiz bizə kömək etsin! Səfərbərlik elan etsin desin gedək, Qarabağı qaytaraq!”

Laçın rayonundan olan digər soydaşımız, 24 ildir Sankt-Peterburqda yaşayan Rəşad Cəbrayılov da ürək ağrısı ilə Qarabağ itkisindən bəhs etdi: “Mənim üçün Qarabağ bütün millətin mübarizə yoludur. Bu gün 400 min azərbaycanlının yaşadığı Sankt-Peterburqda toplaşmışıq. Burada olan hər bir azərbaycanlı oğlu Qarabağın adını eşidib gəlib. 25, 30, 35 ildir burda yaşayan insanlarımız var. 29 oktyabrda daha bir rayonumuzun, Zəngilanın işğal gününü qeyd edəcəyik. Mən bir azərbacan oğlu kimi düşünürəm, nə vaxta kimi dözəcəyik? Çox faciəli taledidir. 27 il danışıq gedə bilməz, bunun sonu olmalıdır! Qarabağda doğulanların çoxu artıq dünyadan köçüb. 25 yaşlı gənclərimiz var, Qarabağı görməyib. Biz Qarabağda qəsəbələr salmaq əvəzinə, Qaradağda məskunlaşırıqsa, bu, bizi Qarabağa aparmır. Qarabağa aparan yol təkcə müharibə yolu deyil, digər yollar da var. Təəssüf ki, biz hər gün Qarabağdan uzaqlaşırıq. Bizim Ali Baş Komandanımıza müraciət edirəm: cənab prezident, mən 27 ildir Laçınsızam, övladımın 15 yaşı var. Nə vaxta kimi danışıq aparacağıq?! Deyirlər böyük dövlətlər, ATƏT bizə imkan vermir. Məgər vətənpərvərlik mövzusunda verilişləri yayımlamağa da onlar imkan vermir? Övladlarımız mübarizələrə bənzəmək əvəzinə, toliklərə bənzəmək istəyir”.

Qubadlı rayonunda olan Cəfər Ağayev “Qarabağ hamınındır, bütün Azərbaycanındır”, söylədi. “Mənim övladım sonuncu dəfə 2 yaşında olub. Mənim 60 yaşım var. 26 ildir danışırıq, nə qədər danışmaq olar? Ürək ağrısı ilə baxıram ki, Qubadlının Xanlıq kəndində, Laçının Güləbirdində, Minkəndində evlər tikir. Buna baxan adamlar gecələr necə rahat yata bilir?”-C.Ağayev əlavə etdi.

Gülbala Mənsimov bu gün postsovet məkanındakı ölkələr içərisində Moskvaya ən yaxın ölkə Azərbaycandır. Daha başqa nə etməliyik?”
QAT Ali Məclisinin sədri Barat İmani müzakirələri davam etdirmək üçün Sankt-Peterburq-QAT votchap qrupunu yaratmağı təklif etdi.
Qarabağ tədbiri digər çıxışlarla davam etdi. QAT rəhbərliyinin səfəri davam edir.

“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR

“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR

“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR

“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR

“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR

“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR

E.PAŞASOY,
Musavat.com
Rusiya, Sankt-Peterburq

___________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”