Qarabag Media
Haqqımızda Əlaqə

"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ


Tarix:15-10-2019, 13:37 Kateqoriya:Manşet / Türk dünyası

"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ

“Türkmənistanın da Türk Şurasında iştirak etməsini arzulayıram”. Bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə çıxış edən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türk Şurasına yeni üzv olan Özbəkistan dövlətinin bu addımını təqdir edib, həmçinin Şuranın iclasında iştirak edən Macarıstanın Baş Naziri Viktor Orbana öz təşəkkürünü bildirib.

Ərdoğan Türk dövlətlərinin diasporlarının vahid şəkildə hərəkət etməsi ilə bağlı təklif irəli sürüb. “Diasporlarımız ortaq hərəkət etməlidir”.

Türkiyə Prezidenti Dədə Qorquddan sitat gətirərək Türk dövlətlərinin bir-birinə dəstək verməsini arzu edib:

“Atamız Dədə Qorqud deyib ki, yaxşı dost yaxşı gündə çağırıldığında, çətin gündə isə çağırılmadan gələndir. Türkiyənin terror örgütlərinə qarşı mücadiləsində siz dostlardan dəstək gözləyirik.

“Barış pınarı” hərəkatı ilə bağlı Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. 300 milyonluq Türk dünyasındadkı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü bilirik. Milli davalarda bir-birimizin yanında durmaq bizim qardaşlığımızın gərəyidir. Azərbaycanın Dağlıq Qarabağ və ətrafının işğal altında olması, 1 milyon qardaşımızın evlərindən, yirdlarından uzaqda qaçqın olaraq yaşamaq məcburiyyətində qoyub. BMT-də söylədiyim kimi, bu, qəbul edilməz bir vəziyyətdir. Qarabağ probleminin ən qısa vaxtda sülh yolu ilə və Azərbaycanın torpaq bütövlüyü çərçivəsində həll edilməsinə dəstək verməkdə davam edəcəyik. Türk dünyasının bir parçası olan Kipr türklərinə kömək etməliyik.

İnşallah gələn il Türkiyədə düzənlənəcək 8-ci Zirvə Görüşümüzdə Türkmənistanı da tam üzv olaraq aramızda görəcəyimizə inanıram. Toplantımız xeyirlərə vəsilə olsun. Türk dünyasına buradan salamlarımı göndərirəm və Türkmənistanın iştirakı ilə 6 dövlət, bir millət olmağı arzu edirik. Rəbbim yar və yardımçımız olsun”, – deyə Ərdoğan bildirib./Modern.az/

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”