Qarabag Media
Haqqımızda Əlaqə

Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”


Tarix:15-10-2019, 12:59 Kateqoriya:Manşet / Gündəm

Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində Fransa ilə oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Karabakhmedia.az xəbər verir ki, Şenol Günəş Türkiyə millisinin oyuna lider gəlib, lider döndüyünü deyib.

“Lider gəldik, lider döndük. Amma güclü bir komandaya qarşı oynadıq. Bu qədər əməyin qarşılığı olaraq, bu bərabərlik və lider olmağımız bizi sevindirir", - deyə baş məşqçi bildirib.

Baş məşqçi mətbuat konfransında fransız jurnalistin siyasi sualına özünəməxsus şəkildə cavab verib:

"Biz ölkəmizdə qalmaq istəyirik, heç bir ölkəyə getmək istəmirik. Burada bir zorakılıq olsa, fransızlar da üzülər. Əsgər salamı vermək pis bir niyyət yoxdur. Əsgərlərimizi birini öldürsün deyə göndərmirik. Özümüzü qorumaq üçün edirik. Bu mənim işim deyil, Trampın, Makronun işidir. Onlar dünyanı idarə edirlər. Bu sualı mənə verməyin. Mən komandanı güclə idarə edirəm".

Xatırldaq ki, dünən oynanılan Fransa-Türkiyə oyunu 1-1 hesabı ilə bitib.

Qeyd edək ki, Avro-2020 seçmə mərhələsi çərçivəsində dünən keçirilən Fransa-Türkiyə matçda fransız rejissorlar senzura tətbiq ediblər.

Oyunun 76-cı dəqiqəsində fransalı futbolçu Olivye Jiru komandasını önə keçirib. Türkiyə millisindən cavab qolu 82-ci dəqiqədə Kaan Ayhandan gəldi. Stadiondakı 30 min türk azarkeşi qolu böyük coşqu ilə qarşılayıb. Qolu qeyd edən Türkiyə millisinin futbolçuları üçün türk azarkeşlərin sektora doğru qaçıblar. “Barış Pınarı” əməliyyatını dəstək olaraq qolu əsgər salamı ilə qeyd ediblər.

Fransız rejissorları oyunun bu anını senzuralayıblar. Təkrarı uzun müddət göstərmək istəməyən fransızların bu hərəkəti etiraza səbəbi olub./avropa.info/

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”