Qarabag Media
Haqqımızda Əlaqə

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb


Tarix:15-10-2019, 11:36 Kateqoriya:Manşet / Türk dünyası

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti başlayıb.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edir.

Zirvə görüşü Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. O vaxt sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.

Azərbaycanın paytaxtında Özbəkistanın təşkilata daxil olması ilə bağlı rəsmi qərarın qəbul ediləcəyi, bir sıra sənədlərin imzalanacağı, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərar qəbul ediləcəyi gözlənilir.

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, Türk Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”