Qarabag Media
Haqqımızda Əlaqə

Elxan Şahinoğlu: "Moskva onu da anlamalıdır ki, Türkiyə sərhədini pozmaq olmaz”


Tarix:25-11-2015, 09:15 Kateqoriya:Manşet / Siyasət

Elxan Şahinoğlu: "Moskva onu da anlamalıdır ki, Türkiyə sərhədini pozmaq olmaz”Bir neçə gündən sonra hər iki prezident daha soyuqqanlı addımlara üstünlük vermək məcburiyyətində qalacaqlar.

Karabakhmedia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu gərginləşən Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, liderlərin geriyə addım atması siyasi zəiflik əlaməti olar:

“Putin deyir ki, bizi arxadan vurdular, cavab verəcəyik. Ərdoğan isə bildirir ki, sərhədimizi pozanlar vurulacaq. Bu liderlərdən hər hansı biri “səhv etdik” deyə bilməz, bu cəmiyyətləri qarşısında zəifliyin əlaməti olar. Ancaq hər ikisi onu da anlayır ki, bu hadisədən çıxış edərək münasibətləri gərginləşdirmək, iqtsadi və ticarət əlaqələrinə son qoymaq da olmaz. Hər ikisinin bu əlaqələrə ehtiyacı var. Ona görə bir neçə gündən sonra hər iki prezident daha soyuqqanlı addımlara üstünlük vermək məcburiyyətində qalacaq. Doğrudur, indi Rusiyada isti başlar “PKK-ya silah verək”, “Türkiyəni içəridən dağıdaq” və s. kimi təkliflər verir. Putin bu yolu seçərsə, nəticələri heç bir dövlət, o cümlədən Rusiyanın özü üçün də yaxşı olmayacaq”.

Politoloqun fikrincə, hadisənin araşdırılması üçün komissiya qurulmalıdır:

“Birinci növbədə sağ qalan pilotlardan birini Rusiyaya təhvil vermək lazım gələcək. İkinci addım kimi Türkiyə ilə Rusiya son hadisəni araşdırmaq məqsədilə ortaq komissiya quracaqlar. Bu komissiyanın təsis olunmasının özü gərginliyi azaldacaq amilə çevrilə bilər. Ancaq bu hadisədən sonra Moskva onu da anlamalıdır ki, Türkiyə sərhədini pozmaq və türkmanlara hava zərbəsi endirmək olmaz”.(Axar.az)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"