Qarabag Media
Haqqımızda Əlaqə

Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...


Tarix:14-10-2019, 23:23 Kateqoriya:Manşet / Siyasət

Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...

Azərbaycan Prezidentinin dediyi kimi, bir millətin iki diasporu olmaz. Xaricdə yaşayan vətəndaşlarla gücümüzü birləşdirdik. İki ölkənin Xarici İşlər Nazirliyinin gözəl işbirliyi var. Biz olmayanda başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, azərbaycanlı qardaşlarımız Türkiyə və türk millətini müdafiə edir. Azərbaycan olmayanda biz Azərbaycanın haqqını müdafiə edirik. Bu, bizim boynumuzun borcudur.

Karabakhmedia.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, dünya sürətlə inkişaf etdiyindən problemlər, dezinformasiyalar da yayılır:

“Digital texnologiya gözəl fürsətlər versə də, bəzən təhdidlərlə qarşı-qarşıya qalırıq. Bu məqamda media qarşısında obyektiv şəkildə haqlarımızın müdafiəsi üçün vəzifə dayanır. Biz türkdilli ölkələrin qlobal media təşkilatlarının birgə hərəkət etməsini istəyirik, gücümüzü birləşdirməliyik”.

Mövlud Çavuşoğlu qeyd edib ki, Qarabağ məsələsinə dünya səssiz qalıb, ikili standartlar tətbiq olunur:

“İllərdir problemin həlli üçün ATƏT-in Minsk Qrupu və digər formatların nəticəsi yoxdur. Azərbaycanı haqlı davasında tək qoya bilmərik. Qlobal Jurnalistlər Birliyi də bu dəstəyi göstərməlidir. Bu gün islam düşmənliyi türk düşmənliyi ilə birləşib. Bunu Qərbdə, Avropanın mərkəzində xüsusi görürük. Siyasətçilər populizmə qapılaraq hamımızı təhdid edən trendlərə qarşı dayana bilmir.

Media cəmiyyəti düzgün məlumatlandırmaq baxımından böyük rola malikdir. Bu mənada işbirliyi mütləqdir. Suriyada bölgəni təhdid edən PKK/YPG-yə qarşı mücadilədə belə dezinformasiyanın şahidi olduq. PKK ilə kürdləri eyniləşdirirlər, bu, həqarətdir. Kürd qardaşlarımız öz haqlarından istifadə etmək istəyirlər, onların ideologiyası terror təşkilatından tam ayrıdır. Kürdlərlə PKK-ya eyni münasibət göstərilə bilməz”.

Mövlud Çavuşoğlu qeyd edib ki, Fransa başda olmaqla, bəzi ölkələr terror dövləti qurmaq istəyirlər:

“Böyük oyunu pozduğumuz üçün narahatdırlar. Terror təşkilatı ilə mübarizə aparırıq, türk millətinin gələcəyi üçün buna məcbur idik. Heç kəs bizə insani mövzuda dərs keçməyə çalışmasın. Çünki biz bu məsələdə olduqca həssasıq. 4,5 milyona yaxın qaçqına ölkəmizdə yer vermişik ... YPG ən çox kürd qardaşlarımıza zülm edib, hamısı evinə qayıdacaq, Suriyanın ərazi bütövlüyü təmin olunacaq”.

XİN rəhbəri qeyd edib ki, Türkiyə terror təşkilatını təmizləyənə qədər davam edəcək:

“Sanksiyalar yolu ilə heç kəs nəticə əldə edə bilməz. Səmimi, dürüst olub verdiyiniz sözü tutacaqsınız. ABŞ verdiyi sözü tutmadı, təhlükəsiz bölgə yaratmadığından təktərəfli qaydada hərəkat başlamaq məcburiyyətində qaldıq”./Axar.az/

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”