Qarabag Media
Haqqımızda Əlaqə

Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ


Tarix:14-10-2019, 16:08 Kateqoriya:Manşet / Gündəm

Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ

Problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmdə zaminlik məsələsi hələ də tam həllini tapmayıb.

Belə ki, kompensasiya pulu ödəyən zaminə yox, kredit götürən şəxsə qaytarılır. Məsələnin aktuallığını və redaksiyaya daxil olan şikayətləri nəzərə alaraq, yenidən mövzuya qayıtdıq.

Karabakhmedia.az bildirir ki, Redaktor.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, günahkar Maliyyə Bazarlarına Nəzarət Palatasıdır:

“Aprel ayında Maliyyə Bazarlarına Nəzarət Palatası bu fərmanın icrası ilə bağlı qaydalar qəbul etdi. Palatanın səhvidir ki, həmin qaydalarda bu məsələ nəzərdə tutulmadı. Zamin ödəyibsə, pul zaminə qaytarılmalıdır”.

Hüquqşünas qeyd edib ki, son zamanlar məsələnin aktuallaşmasına baxmayaraq, Palata qaydaları dəyişmir:

“Necə varsa, qaydalar elə də saxlanılıb. Mövcud şəraitdə isə qanunvericilik Palatanın qaydaları daxil olmaqla, məsələni tənzimləmir. Buna görə də borcu ödəyən zaminlərin yalnız bir yolu var. Ödədikləri məbləği borc alandan tələb etmək, borc alan ödəməsə, məhkəməyə müraciət etməlidirlər”.

Ə. Həsənov həmçinin əlavə edib ki, hazırkı dönəmdə zaminlərin məhkəməyə müraciət etməsi ehtimalı azdır:

“Çünki burada zaminin qazanacağı böyük məbləğ olmur. Bu barədə iddia vermək üçün zaminlər hüquqi yardım almalı,vəkil tapmalıdırlar. Buna görə də ən sərfəli yol vətəndaşlar Palataya müraciət etməlidirlər. Məsələ ilə bağlı isə banklara heç bir göstəriş verilməyib”.

Qeyd edək ki, problemli krediti olan vətəndaşlara kompensasiya ödənişi xeyli vaxtdır ki həyata keçirilir. Proses Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq aparılır.

___________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”