Qarabag Media
Haqqımızda Əlaqə

Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?


Tarix:14-10-2019, 15:55 Kateqoriya:Manşet / Siyasət

Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?

Erməni mətbuatının məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 11-də Aşqabadda MDB liderlərinin görüşü zamanı Rusiya prezidenti Putinə kitab hədiyyə edib. Ölkəmizə qarşı açıq təxribatçı bəyanatları ilə məşhur olan rus diplomatı Vladimir Kazimirovun müəllifi olduğu bu kitab Qarabağ münaqişəsinə həsr edilib.

1992-96-cı illərdə Kazimirov Rusiya prezidentinin Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi, eyni zamanda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri kimi fəaliyyət göstərib. “Qarabağın Sülhü” adlı bir kitabda Kazimirov məsələdəki vasitəçiliyini, bu çərçivədəki Rusiya siyasətini təqdim edib.

Məsələ burasındadır ki, Kazimirovun diplomatik missiya ilə işlədiyi siyasət dönəmi Qarabağ məsələsində sabitliyi və sülhü təşviq edən Rusiyanın Yeltsin dövrünə təsadüf edir.

Erməni KİV-ləri yazır ki, Paşinyan bir rus diplomatın əli ilə hazırlanan Qarabağ mövzusunda kitabı təqdim etməklə bundan çıxış yolu və ya nisbi sabitliyin təmin edilməsinə işarə edib.

“Eyni zamanda, Paşinyanın Qarabağ məsələsində Putinlə, simvolik və tarixi-sənədli kitab vasitəsilə ünsiyyət yaratması, bəlkə də Rusiya Prezidenti ilə müzakirələrdə Qarabağ məsələsinin cari kontekstdə deyil, bu dərinlikdə gündəmdə olması ilə bağlı daha bir vacib faktı ortaya qoyur. Başqa sözlə, Paşinyan və Putin bu mənada sıfırdan başlayır və belə olan halda ““Madrid prinsipləri” səhifəsini bağlayırlarmı?” deyə sual yaranır”, - deyə erməni KİV-lərindən biri qeyd edir.

Qeyd edək ki, Rusiya üçün hazırda Qafqazda sabitlik olduqca zəruridir. Münaqişədə irəliləyişə nail olmaq isə reallıqları düzgün tarixi mənbələrdə qiymətləndirməklə mümükündür./ordu.az/

Alpər Mövludoğlu

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”