Qarabag Media
Haqqımızda Əlaqə

“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”


Tarix:14-10-2019, 15:50 Kateqoriya:Manşet / Siyasət

________________________________________________________________________________________________________
Zəlimxan Məmmədli: “Bütün türk dünyası, islam dövlətləri Türkiyə və türk ordusuna dəstək göstərməlidir”

“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”

Türkiyənin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatı Azərbaycan və digər dost dövlətlər tərəfindən dəstəklənsə də, bu əməliyyatlara qarşı çıxanlar da az deyil. Şimali Kipr Türk Cümhuriyyətinin siyasi rəhbərliyinin bu əməliyyatı qınaması hətta türk dövlətləri daxilində də “Sülh çeşməsi” ilə bağlı vahid, birmənalı fikrin olmadığını göstərir.

Bəs türk dövlətlərinin, islam ölkələrinin anti-terror əməliyyatında Türkiyə ilə həmrəylik sərgiləməsi nə dərəcədə önəmlidir? Türkiyənin Suriyada üzləcəyi hər hansı uğur və ya uğursuzluq türk-islam dünyasının gələcəyinə təsir göstərməsi mümkündürmü?

Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bütün türk-islam dünyasının bu məsələdə Türkiyəyə dəstək verməsinin vacibliyinə diqqət çəkdi:

“Türk-İslam dünyasının gələcəyi Türkiyənin bu proseslərdən nə dərəcədə uğulu çıxmasından asılı olacaq. Heç kimə sirr deyil ki, “islam” sözünü öz adlarında əks etdirən dövlətlərin heç biri bu dini lazımınca qoruya və təbliğ edə bilmirlər. Saksonların təzyiqi qarşıısnda da dayanan dövlət məhz Türkiyədir. Baxın, Azərbaycan işğala məruz qalan ölkə olsa da, iri güclər Qarabağ probleminin nə siyasi, nə də hərbi yolla həllinə imkan vermir, sadəcə “gözlə”deyirlər. Onların məqsədi işğalın rəsmiləşməsinə nail olmaqdır. Ermənistan 26 il öncə baş verənlərə hüquqi don geyindirməyə çalışır. Bütün bu proseslər fonunda Azərbaycana dəstək duran isə Türkiyədir.

Bizi Türkiyə ilə etnik və dini kimlik birləşdirir. Biz Türkiyənin yanında olmağa məhkumuq. Azərbaycanın ötən əsrin əvvəllərində müstəqil olması da Türkiyə faktoru ilə bağlı idi. Bakının Nuru Paşa tərəfindən işğaldan azad edilməsi faktiki olaraq Azərbaycanın azad edilməsi demək idi. Gələcəyimizdə də türk faktoru mühüm rol oynayacaq.

Türkiyə Azərbaycan dövlətinin milli maraqlarının təmin edilməsinə bir qarantdır. Azərbaycan XİN-nin bəyanatını birmənalı şəkildə bölüşürəm. Biz də ictimai qurum olaraq öz mövqeyimizi ifadə etmişik. Cəmiyyətimizin böyük əksəriyyəti Türkiyənin, türk ordusunun yanındadır.

Orta Asiyadakı türk dövlətlrinin vəziyyəti dramatikdir. Orada həm Rusiya, həm də Çin faktoru var. Bu amillər, eləcə də xalqın iradəsinin hakimiyyətdə yetərincə əks olunmaması siyasi qərarlarda da özünü göstərir.

Şimali Kipr məsələsinə gəlincə, görünür, Türkiyənin diplomatiyasın da bu məsələdə müəyyən qüsurları var. Ola bilsin ki, yunan tərəfinin, Avropa Birliyi dövlətlərinin təsiri Türkiyənin Şimali Kipr rəhbərliyinə təsirindən daha güclü olub. Hər kəsə aydındır ki, Şimali Kiprin var olmasına səbəb Türkiyədir. Türkiyə Şimali Kipr Respublikasının yaradılmasının səbəbkarı olubdur. Bu səbəbdən də Şimali Kipr rəhbərliyinin bu məsələdə Türkiyəyə dəstək verməməsi təəssüf doğurur.

Hesab edirəm ki, bütün türk-İslam dünyası Türkiyənin Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” anti-terror əməliyyatına dəstək verməli, gələcəyimizin Türkiyənin uğurlarından önəmli dərəcədə asılı olduğunu anlamalıdır”.

Seymur ƏLİYEV

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”