Qarabag Media
Haqqımızda Əlaqə

Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”


Tarix:14-10-2019, 12:51 Kateqoriya:Manşet / Qarabağ

Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Şuşada yerləşən və azərbaycanlılara məxsus olan “Yuxarı Gövhər ağa” məscidinin təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən Fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilməsinə münasibət bildirib.

Karabakhmedia.az-ın xəbərinə görə, F. Şəfiyev deyib ki, bu, rəsmi Yerevanın işğal edilmiş ərazilərdə Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirilməlidir.

“Məscidin tarixi tam aydındır – “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. Tarix boyu Şuşada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Bu fakt Çar Rusiyası dövründə, 1897-ci ildə əhalinin siyahıyaalınması zamanı təsdiqlənib (Rusiya sənədlərində azərbaycanlılar “Azərbaycan tatarları” kimi göstərilib).

Bərpa işlərində İranın “Part Saman Cahan” şirkətinin iştirakı təəssüf doğuran faktdır. Onu da əlavə edək ki, Şuşa məscidinin bərpası layihəsinin iştirakçılarından biri olan ICOMOS Armenia (International Council on Monuments and Sites) təşkilatının prezidenti Qaqik Gürcyan bu yaxınlarda Gövhər ağa məscidinin təmirinin yeganə belə layihə olmadığını bildirib, Ermənistan və Qarabağ ərazisindəki bir sıra digər müsəlman tikililərinin bərpası istiqamətində erməni və İran mütəxəssislərinin yeni planlarının olduğunu vurğulayıb. Ermənistanın IDeA (Initiatives for Development of Armenia) təşkilatının yaydığı son xəbərdə isə, bərpa işinə bu sahədə böyük təcrübəsi olan 12 iranlı mütəxəssisin dəvət olunduğu bildirilib. Onu da qeyd etmək lazımdır ki, vaxtilə İrəvandakı azərbaycanlılara məxsus Göy məscid 1990-cı illərdə məhz Fars məscidi adı ilə təmir və bərpa edilib.

Beləliklə, işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni abidələrin qorunması adı ilə Ermənistan və qondarma “DQR” ilə əməkdaşlığa müxtəlif xarici qurumlar qoşulub və bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

Müvafiq beynəlxalq normalara zidd olan belə hərəkətlər dünya ictimaiyyəti tərəfindən pislənməli və müvafiq dövlətlər tərəfindən xarici mütəxəssis və şirkətlərin bu işdə iştirakının qabağı alınmalıdır”, - deyə mərkəz sədri əlavə edib./modern.az/

Namidə BİNGÖL

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”