Qarabag Media
Haqqımızda Əlaqə

"Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç


Tarix:14-10-2019, 00:03 Kateqoriya:Manşet / İdman

"Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç "Burada danışmaq asan deyil. Bunun bir çox səbəbləri var. İlk növbədə, rəqibi təbrik edir və uğurlar arzulayıram".

Karabakhmedia.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç səfərdə Macarıstana 0:1 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçından sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis uzatma dəqiqələrində sayılmayan qola görə etirazını və yerli jurnalistlərə səmimiyyətləri qarşılığında təşəkkürünü bildirib: "Oyunun gedişatı barədə çox deyəsi bir şey yoxdur. Matçdan sonra 50-dək mesaj almışam. Bütün macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər. İnanılmaz səhv idi. Ən çox oyunçularıma görə üzülürəm. Onların əziyyəti yerə vuruldu. Azərbaycan kiçik ölkədir, futbolda elə söz sahibi deyil. Belə əziyyətin ucuzlaşması sözə layiq deyil. VAR sisteminin xeyri var. Çox danışsam, işimi itirə bilərəm. Bunları deməli, içimdəki acığı çıxarmalı idim. Dostlarla, ailə ilə söhbət edəcəyik. Macarıstanlı jurnalistlərə səmimiyyətlərinə görə təşəkkürümü bildirirəm".

Yurçeviç qoldan sonra yan xətt hakiminə yaxınlaşaraq, niyə qolun sayılmadığını soruşduğunu əlavə edib. Amma onun sözlərinə görə, yan xətt hakimi heç bir cavab verməyib: "Referi isə qərarında haqlı olduğunu və bunu görüşün ardında epizoda baxdıqda sübut olunacağını iddia etdi".

53 yaşlı baş məşqçi iki fərqli hissə oynamaları fikri ilə razılaşdığını söyləyib: "Fasilə zamanı futbolçulara vəziyyəti dəyişməyin mümkünlüyünü bildirdim. İlk yarıda komandam bir qədər ehtiyatlı idi. 1:0-dan sonra dönüş etmək mümkündür. Onlara daha cəsarətli oynamağı tapşırdım. İkinci hissədə Macarıstan üçün çətin oyun oldu".

Yurçeviç Bəhlul Mustafazadənin oyununu xüsusi qeyd edib: "O, cəmi bir aydır əsas heyətdə oynasa da, istedadlı futbolçu olduğunu göstərməyə başlayıb. Mustafazadə Xorvatiyaya qarşı da gözəl oynamışdı. Yəqin ki, sayılmayan qoluna görə məyusdur. Bu barədə özü ilə söhbət edəcəyəm. Amma inanıram ki, bundan da özü üçün müsbət nəticə çıxaracaq".

________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”