Qarabag Media
Haqqımızda Əlaqə

Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)


Tarix:12-10-2019, 14:44 Kateqoriya:Manşet / Siyasət

Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)

Tarixin ziblliyinə atılanın dirildilməsinə cəhd, yaxud onları "diriltmək" cəmiyyətdə şəxsiyyət boşluğundan, qıtlığından yaranır. Qaregin Yegişeviç Ter-Arutynyan (Qaregin Njde) adlı erməni faşistinin "dirildilməsi" və ona Yerevanda abidənin qoyulması da belə hallardandır.

Ermənilər bu faşisti "erməni hərb və dövlət xadimi” kimi təqdim edirlər.

MDB-yə üzv dövlətlərin Aşqabadda keçirilən zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu erməni faşistinin kimliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

MDB ölkələrində Böyük Vətən Müharibəsi kimi qeyd olunan tarixi hadisənin 2020-ci il mayın 9-da 75-ci ildönümüdür. Quruma üzv ölkələr həmin tarixi günə hazırlaşırlar. Hitler faşizminin əlaltısı olmuş Qareginə Yerevanda abidənin qoyulması MDB-yə üzv ölkələrin xalqalarına ən azından hörmətsizlikdir.

Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)

Prezident İlham Əliyev sammitdə qələbənin əldə olunmasına Azərbaycan xalqının verdiyi töhfədən danışıb. Dövlət başçısı vurğulayıb ki, MDB ölkələrində faşistlərin qəhrəmanlaşdırılmasına qarşı üzv dövlətlərin başçıları dəfələrlə çıxışlar edib: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)

Azərbaycan Prezidentinin təkzib edilməsi mümkün olmayan bu bəyanatına qarşı Ermənistanın baş naziri Nikol Paşinyan cavab vermək istəsə də, alınmayıb. Prezidentin dediklərinə qarşı arqumenti olmayan Paşinyanın deməyindən belə çıxır ki, faşist əlaltısı Njdenin yəhudlilərin soyqırımında iştirakı "ermənilərin azadlığı uğrunda mübarizəsinin” tərkib hissəsidir. Bu zaman sual yaranır: Almaniyada soyqırıma məruz qalan yəhudilər Qafqazda yerləşdirilən ermənilərə nə etmişdi? Njde qoca, qadın, uşaq, xəstə və başqa məhrumiyyətlərə düçar olmuş həmin yəhudilərin qətliamında iştirak etməklə ermənilərin milli qəhrəmanına çevrilib...

Düzdür, bu soyqırımın başında Hitler faşizmi dururdu, ancaq Njde kimilər ona yarınmaq üçün III Reyxin bütün tapşırıqlarını can-başla yerinə yetiridilər. Bu erməni milli qəhrəmanı da öz pis niyyətinə çatmaq üçün yəhudilərin soyqırımında iştirakdan yararlanmaq istəyib.

Paşinyan bu faşist (tərbiyəli oxuculardan ifadəyə görə üzr istəyirəm) sümsüyünü keçmiş SSRİ-dəki dissidentlərlə bir tutmağa çalışıb. Ermənistan hökumətinin başçısı bir daha sübut edib ki, ermənilər yalnız tarixi faktları təhrif etmək üçün mövcuddurlar.

O, çıxış və şüarları ilə Avropadakı faşist hərəkatını təkrarlayır, özünü "fürerinə" bənzədirmiş. Hitlerçilərin əlaltısı "erməniləşmə”nin ideoloqlarından sayılır. Bu ideyanın əsasında "Seqa kron” – "ailə” və "din” dayanır. Onlar hitlerçiləri kimi "ailəyə sədaqət and içirmişlər”.

Njde yəhudilərin soyqırımında niyə iştirak edirdi? Çünki o, I Dünya müharibəsi illərində türklərə qarşı amansızlıq etməklə təcrübə qazanmışdı. Nəticədə o, yəhudi uşaqlarını göz qırpmadan öldürürdü.

Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)

Hitler Almaniyasının əlaltısı olmuş Njde "türkə qarşı mübarizəsiz bir gün olmamalıdır” şüarını irəli sürmüşdü. Bu gün dünya erməniləri, o cümlədən Nikol Paşinyan bu şüarla böyüyüb, bununla yaşayır və dövlətini idarə edir.

Bu arada, Nikol Paşinyana iki cümləlik tarixi xatırlatma yerinə düşər:

1935-ci ildə "Daşnakların” o vaxtkı lideri Ruben Ter-Minasyanla Njdenin münasibəti kəskinləşmişdi. Bu səbəbdən faşist, ekstremist və irqçi düşüncəsinə görə 1938-ci ildə "Daşnaksütyun”un 13-cü iclasında Njde partiya sıralarından çıxarılıb.

Bu yerdə sualsız ötüşmək olmur. Məsələn, məşhur ingilis "Fransızlara qarşı mübarizəsiz gün olmamalıdır”, yaxud tanınmış çex milli qəhrəman "Çexiya yalnız çexlər üçün” şüarlarını verərsə, modern və ədalətli sayılan Avropada beləsinə abidə qoyub, həmin adamların çürük ideyalarının yaşadarlarmı? Bu suala müsbət cavab verənlərə bir sual: Almaniyada niyə Hitlerin heykəli qoyulmayıb? Çünki o, alman millətinin əleyhinə işləyər.

Deməli, müasir dünya faşist ideyaları qəbul etmir. Çünki bu ideyalar insanların rahat və təhlükəsiz yaşamasına mane olur. Yeni, erməni nəsli də bu faşist ideyası əsasında daim türk xofu ilə qorxu içində böyüyəcək. Bir etnosa qarşı mübarizə aparmaq kimi cəfəng ideya ilə böyüyən insan müti, qul olar. Ermənistanın indiki vəziyyəti buna açıq sübutdur. Njdenin ideyası əsasında Xocalı soyqırımını törədən koçaryanlar, balayanlar yetişdi. Njdenin ideyası ilə böyüyən nəsil 1999-cu ilin oktyabrın 27-də Ermənistan parlamentində qətl törətdi, 2008-ci il martın 1-2 də Yerevanda dinc etiraz aksiyasının iştirakçılarını gülləbarana tutdu.

Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)

Başqa bir millətə nifrət ruhunda nəsil yetişdirmək faşizmdir. Bunun acı nəticəsini erməni etnik qrupunun timsalında elə həmin cəmiyyət çəkir.

Odur ki, tarixin ziblliyindən eşələnərək çıxarılan Njde erməni xalqını zəhərləyir. Bu zəhər azad, ədalətli erməninin yetişməsinə mane olur. Həmin faşistin ideyası əsasında qurulan Ermənistan hələ də bütün qonşularına zəhər çiləyir. Beləliklə, Nikol Paşinyanın faşist Njdeni ciddi-cəhd, tarixi təhriflərlə müdafiə etməsi Ermənistan cəmiyyətində örnək götürüləcək şəxsiyyətin boşluğunun olduğunu təsdiqləyir./ann.az/

______________________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”