Qarabag Media
Haqqımızda Əlaqə

Şuranın dəstəyilə seminar: “Qeyri-rəsmi məşğulluqla mübarizə fonunda sosial sığorta haqqında qanuna edilən dəyişiklərin sosial-iqtisadi effektləri”


Tarix:5-10-2019, 15:33 Kateqoriya:Manşet / İqtisadiyyat

Şuranın dəstəyilə seminar: “Qeyri-rəsmi məşğulluqla mübarizə fonunda sosial sığorta haqqında qanuna edilən dəyişiklərin sosial-iqtisadi effektləri”

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) 4 oktyabr 2019-cu il tarixində İsmayıllı şəhərində “Qeyri-rəsmi məşğulluqla mübarizə fonunda sosial sığorta haqqında qanuna edilən dəyişiklərin sosial-iqtisadi effektləri” mövzusunda seminar təşkil etmişdir.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Vergi və fiskal siyasətlər üzrə yeniliklərin təbliği yolu ilə regionlarda biznes mühitinin inkişafı və iqtisadi aktivliyin dəstəklənməsi” layihəsi çərçivəsində baş tutmuşdur. Qeyd edək ki, layihənin məqsədi biznes mühitinin inkişafı imkanlarının mövcud şərtlər daxilindən qiymətləndirilməsi və tərəflərin prosesdə iştirakının daha da artırılmasıdır.
Seminarda müxtəlif steykholderlər, o cümlədən aidiyyatı dövlət qurumlarının təmsilçiləri, media nümayəndələri, biznesmenlər, sahibkarlıq fəaliyyətinə yenicə başlamış gənclər və startap yaradıcılarından ibarət 70 nəfərdən artıq vətəndaşın iştirakı təmin edilmişdir.
Tədbiri giriş sözü ilə açan İSİM rəhbəri Vüqar Bayramov son illər ölkədə həyata keçirilən islahatların mahiyyəti, layihənin məqsədi və əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verdikdən sonra sözü iqtisadçı Rəşad Həsənova vermişdir. R. Həsənov qeyri-rəsmi əmək bazarı ilə mübarizə ilə bağlı tədbirlər haqqında geniş təqdimatla çıxış etmişdir. Təqdimatda son illər “Sosisla sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara o cümlədən vergi məcəlləsinə edilən dəyişiklər, bu dəyişiklərin sosial-iqtisadi əhəmiyyəti, makro və mikro səviyyədə hədəflər, edilən dəyişiklərin faktiki effektləri kimi məsələləri iştirakçıların diqqətinə çatdırdı. İqtisadçı həmçinin əmək münasibətlərinin qanuniliyinin müsbət tərəfləri haqqında fikirlərini, o cümldən sosial müdafiə mexanizmlərinin mahiyyətini qeyd etməklə çıxışını yekunlaşdırıb.
Təqdimatdan sonra iştirakçıların sualları ayrı-ayrılıqda cavablandırılıb. Daha sonra isə Vüqar Bayramov iştirakçılar qarşısında yekun nittqi ilə çıxış edib və hər kəsi qanunlar cərçivəsində fəaliyyətə dəvət edibdir.

Şuranın dəstəyilə seminar: “Qeyri-rəsmi məşğulluqla mübarizə fonunda sosial sığorta haqqında qanuna edilən dəyişiklərin sosial-iqtisadi effektləri”

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO