Qarabag Media
Haqqımızda Əlaqə

Sabunçu rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” qeyd edildi - FOTOLAR


Tarix:5-10-2019, 15:17 Kateqoriya:Manşet / Təhsil

Sabunçu rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” qeyd edildi - FOTOLAR

Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” və N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin 50 illik yubileyi qeyd edildi.

Karabakhmedia.az xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Çingiz Kiçibəyov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktorları, 80 nömrəli tam orta məktəbin direktor və müəllim heyəti, məktəbin fəxri məzunları və digər qonaqlar iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə davam edən N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin direktoru İlahə Axundova qonaqları salamlayaraq məktəbin tarixi barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, 1969 - cu ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə yeni tikilmiş 80 nömrəli tam orta məktəb sırf milli məktəb kimi fəaliyyətə başladı. Bu illər ərzində məktəbin müəllim və şagird heyətinin bir sıra uğurlar əldə etdiyini qeyd edən İ.Axundova 2010 - cu ildə Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində məktəbin qalib olduğunu vurğuladı.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxışı zamanı “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək bildirdi ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Ölkəmizdə isə bu bayramın 1993-cü ildən etibarən Ulu öndər Heydər Əliyevin sərəncamı ilə qeyd olunmağa başladığını vurğulayan R.Fərəcova müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı rolunun daim diqqət mərkəzində olduğunu qeyd etdi.

Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Çingiz Kiçibəyovməhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını qeyd edərək, xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu bildirdilər.

Sonra N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin 50 illik fəaliyyəti və məktəbin inkişafında əvəzsiz xidmətləri olan Raisə Tahirovanın həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar nümayiş olundu.

Tədbir məktəbin fəxri məzunları tərəfindən hazırlanan xüsusi çıxışlar ilə davam etdi.

Sabunçu rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” qeyd edildi - FOTOLAR

Sabunçu rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” qeyd edildi - FOTOLAR

Sabunçu rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” qeyd edildi - FOTOLAR

Sabunçu rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” qeyd edildi - FOTOLAR

Sabunçu rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” qeyd edildi - FOTOLAR

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO