Qarabag Media
Haqqımızda Əlaqə

“Qobu Park-2” üçün ilk püşkatma keçirilib


Tarix:11-10-2019, 14:48 Kateqoriya:Manşet / Cəmiyyət

“Qobu Park-2” üçün ilk püşkatma keçirilib

Bakının Qaradağ rayonunda salınan və oktyabın 8-də rəsmi açılışı olan “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır. Kompleksdəki tam tamirli mənzillərə paytaxtın müxtəlif ərazilərində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcəkdir.

Karabakhmedia.az xəbər verir ki, bu məqsədlə oktyabrın 10-da Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında püşkatma keçirilib. Püşkatmada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələri, KİV təmsilçiləri, ictimai fəallar iştirak ediblər.

Tədbirdə məcburi köçkünlərin mənzil-məişət probleminin həlli istiqamətində dövlətimizin gördüyü işlərdən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə həssaslıqla yanaşır.

Bu il aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub və müraciətlərini dinləyib. Birinci vitse-prezidenti yataqxanaya gəlişinin buradakı məcburi köçkünlərin yaşayış probleminin həll olunması məqsədi daşıdığını bildirib və onlara çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqlarını deyib.

Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, “Qobu Park-2” yaşayış kompleksində hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.

Püşkatma mərasimində iştirak edən məcburi köçkünlər bundan sonra hər cür şəraiti olan, yeni və rahat mənzillərdə yaşayacaqları üçün çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Təməli ötən ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksində, ümumilikdə, 10 mərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub. Kompleksin ərazisində inşa olunan məktəb binası 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb. 220 yerlik uşaq bağçası da lazımi inventarla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün imkanlar var. Sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan kompleksdə tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Buradakı mənzillərdən 120 ədədi - 1 otaqlı, 472 ədədi - 2 otaqlı, 528 ədədi 3 otaqlı və 180 ədədi 4 otaqlıdır.

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”