Qarabag Media
Haqqımızda Əlaqə

Türkiyənin Suriyada yaralanan 5 hərbçisindən 2-si şəhid olub - YENİLƏNİB


Tarix:11-10-2019, 13:18 Kateqoriya:Manşet / Türk dünyası

Türkiyənin Suriyada yaralanan 5 hərbçisindən 2-si şəhid olub - YENİLƏNİB

Suriyanın Tel Rıfat bölgəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının Türkiyənin hərbi hissəsinə hücumu nəticəsində yaralanan 5 hərbçidən 2-si şəhid olub.

“Report” xəbər verir ki, məlumatı “Haberler” yayıb.

***

Türkiyənin “Fırat kalkanı” (“Fərat qalxanı”) nəticəsində terrorçulardan təmizlədiyi Suriyanın Hələb əyalətinin Azez rayonu yaxınlığındakı hərbi bazaya terrorçu PKK/YPG-PYD qruplaşmasının top mərmisi atması nəticəsində Türkiyənin 5 hərbçisi yaralanıb.

Məlumatı “Haber7” yayıb.

Yaralı hərbçilər təcili tibbi yardım maşınları ilə Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşədirilib.

Qeyd edək ki,Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi “Barış pınar”ı antiterror əməiyyatının 3-cü günü terrorçu PKK/YPG-PYD qruplaşması silahlıları ilə atışma nəticəsində 1 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Hadisə oktyabrın 11-də səhər saatlarında baş verib.

Terrorçuların Suriya ərazisindən Türkiyənin Şanlıurfa və Mardin bölgələrinə atdığı raket və top mərmisinin partlaması nəticəsində 7 dinc sakin həlak olub, 85 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü tanıdığını və bu ölkədə terrorçuların dövlət qurmasına imkan verməyəcəyini bildirir.

Bu əməliyyatı ABŞ, Rusiya, Pakistan, İran, Qətər və başqa dövlətlər dəstəkləyir. Əməliyyatın 3-cü günüdə 277 terrorçu zərərsizləşdirilib.

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi” filminin təqdimatı keçirilib – FOTO
“XƏZİNƏ” Milli Mükafatı sahiblərinə təqdim edilib – FOTOLAR
Mehriban Əliyeva Dmitri Medvedevlə görüşdü - YENİLƏNİB
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib
SOCAR və “Uzbekneftqaz” birgə müəssisə yaradacaq
İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub
Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı
Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür
BDU-nun yataqxanasında ölən qızın kimliyi bilindi + YENİLƏNİB
Kliniki Tibbi Mərkəzin baş həkimi: "Zəhərlənən tələbələr şok vəziyyətindədirlər"
Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib
Əli Əsədovdan ikili diplomla bağlı QƏRAR
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
Prezident Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə iştirak edib
Tehran ABŞ-a nota göndərib
Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə getdi
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”