Qarabag Media
Haqqımızda Əlaqə

Qubada qədim daş lövhə tapıldı – VİDEO


Tarix:4-10-2019, 16:35 Kateqoriya:Manşet / Tarix

Qubada qədim daş lövhə tapıldı – VİDEO

Quba rayonunun Töhmər kəndində üzərində müxtəlif təsvirlər olan qədim daş lövhə tapılıb.

"Qarabağ Media" “Report”a istinadən xəbər verir ki, kənd sakini traktorla yer şumladarkən üzərində təsvirlər olan qədim daş lövhə tapıb. Kənd sakini Tofiq Osmanov artıq həmin torpaq sahəsini üçüncü ildir ki, şumlatdırdığını və hansısa tapıntıya rast gəlmədiyini bildirib.

Çəkisi 20 kiloqramdan çox, dördbucaq formada olan daş lövhənin üzərində hansısa yaşayış binasının təsviri, yay və ox işarəsi və digər məlum olmayan işarələr oyma üsulu ilə təsvir olunub. Tofiq Osmanov bildirib ki, daşı tapdıqdan sonra yuyaraq, təmizləyib evinə aparıb. O, bunu keçmişdən qalan yadigar kimi qorunması üçün müvafiq dövlət orqanlarına təhvil vermək məqsədilə etdiyini bildirib.

Onun sözlərinə görə, Töhmər kəndində tarixçilərin araşdırması üçün çox tədqiqat mərkəzləri mövcuddur.

Tapıntı diqqət çəkdiyindən əraziyə mütəxəssis göndərilməsi üçün AMEA “Arxeologiya və etnoqrafiya institutu”na müraciət edilib. Əraziyə gələn arxeoloq Qəhrəman Ağayev daşların tapıldığı ərazi ilə tanış olub və ilkin araşdırmalar aparıb.

“Tapıntılar, tam araşdırıldıqdan sonra hansı mənaları daşıdığı məlum olacaq. Ümumiyyətlə, ərazinin öyrənilərək araşdırılmasına və arxeoloji tədqiqatlar aparılmasına ehtiyac var”. Q.Ağayev ərazidən müxtəlif saxsı və çini qabların qırıqlarından araşdırma üçün götürüb.


___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”