Qarabag Media
Haqqımızda Əlaqə

Bu il 2500 nəfərin saxta əlilliyi ləğv əğv olunub - Nazirdən AÇIQLAMA


Tarix:4-10-2019, 12:15 Kateqoriya:Manşet / Gündəm

Bu il 2500 nəfərin saxta əlilliyi ləğv  əğv olunub - Nazirdən AÇIQLAMABu il ərzində 2500-ə qədər şəxsin əlilliyi saxta olduğu üçün ləğv olunub. Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət təqdim edilib.

Karabakhmedia.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müxtəlif istiqamətlər üzrə saxtakarlıq hallarına qarşı mübarizə aparılır. Pensiya sistemində vəfat etmiş şəxslər, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı mütəmadi olaraq monitorinq aparılır və onların pensiya təminatı dayandırılır.

S.Babayev əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımla bağlı da monitorinqlər davam edir: "Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində - hələlik səyyar yoxlamalar aparılmayıb - saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə müxtəlif tədbirlər görülür. Bu gün Azərbaycanda 70 mindən çox ailə, yəni 270 mindən çox insana ünvanlı sosial yardım verilir. Bu yardımların orta məbləği 200 manatdan çoxdur. Bu məbləğ il ərzində artır. Lakin ünvanlı yardım insanların işləməməsi üçün stimul olmamalıdır. Tam əmək qabiliyyətli, hər hansı bir üzrlü səbəb olmadan işləməyən insanların işləməsi məcburi sayılır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, bəzən isə yüzlərlə ünvanlı sosial yardım alan işçisi var. Bu işçilərlə əmək müqaviləsi imzalanıb".

Nazirin sözlərinə görə, ünvanlı sosial yardım almaq üçün edilən elektron müraciətlərdən sonra bu müqavilələr ləğv edilib. Bu müqavilələr üzrə hər hansı sosial sığorta və digər ödənişlər edilməyib: "Aydın şəkildə görülür ki, bu şirkətlər, daha doğrusu fərdi sahibkarlar sırf manipulyasiya ilə məşğul olaraq ünvanlı sosial yardım sisteminə əlavə vətəndaşların cəlb edilməsinə əl atıblar. Ona görə də elektron sistem üzərindən araşdırma aparılıb. İlk nəticə olaraq 800-ə qədər ünvanlı sosial yardım alan şəxslərlə bağlı tədbir görülüb".

S.Babayev bildirib ki, bu araşdırma oktyabr ayı ərzində davam edəcək. Çünki ilkin risk kateqoriyasına daxil olan 3000-dən çox şəxs var. Nazir bu araşdırmanın nəticələrinin bu ay ərzində açıqlanacağını söyləyib. O, vətəndaşlara bununla bağlı bir daha müraciət edərək deyib ki, ünvanlı yardıma görə müraciət üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bunun üçün tam şəkildə elektronlaşdırılmış müraciət forması mövcuddur: "Vətəndaşlar sadəcə diqqətli oxuyaraq bu müraciət formasını doldurmalıdılar. Vətəndaşların heç şirkətlə, əlavə şəxslərlə təmas qurmasına ehtiyac yoxdur".

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov