Qarabag Media
Haqqımızda Əlaqə

Putin Paşinyanın piarını alt-üst etdi – Şərh


Tarix:3-10-2019, 12:39 Kateqoriya:Manşet / Siyasət

Putin Paşinyanın piarını alt-üst etdi – Şərh

Avrasiya İqtisadi Birliyinin 5-ci zirvə toplantısında Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana soyuq münasibəti medianın diqqətindən yayınmayıb.

Karabakhmedia.az xəbər verir ki, Vladimir Putin Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə idi ki, İrəvana səfər edirdi. Rusiya prezidentinin bu səfərə çox az vaxt ayırması Moskva ilə İrəvan arasında münasibətlərin ürəkaçan olmadığı barədə yaranmış qənaəti bir qədər də möhkəmləndirdi.

Putinin İrəvandakı davranışları, Paşinyana aşkar şəkildə soyuq münasibət sərgiləməsi, onunla görüşə bir neçə dəqiqə ayırması, Ermənistan baş nazirinin zirvə görüşünə ev sahibliyi etməsi ətrafında apardığı piarı alt-üst elədi. Yəni, aydın oldu ki, zirvə görüşünün İərvanda keçirilməsi heç də Paşinyanın əhəmiyyətindən xəbər vermir.

Onsuz da əvvəldən bəlli idi ki, Avrasiya İttifaqının 5-ci zirvə görüşünün Ermənistanda keçirilməsi növbəlilik prinsipilə əlaqədardır. Fəqət, Paşinyan ciddi-cəhdlə bunu öz aktivinə yazmağa çalışırdı. Digər tərəfdən, Paşinyan Rusiya ilə problemlərin olmadığını nümayiş etdirməyə çalışsa da, Putinin “bədən dili” bunu əksini söyləyirdi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu baş verənləri “Yeni Sabah”a şərh edib. Politoloq bildirib ki, hər cümləsində Rusiyanı Ermənistanın strateji tərəfdaşı adlandıran Nikol Paşinyan üçün Putinlə bir neçə dəqiqəlik görüşün özü kiçik uğur sayıla bilər. “Çünki, birincisi, bu Rusiya prezidentinin Paşinyan hakimiyyətə gəldiyi gündən Ermənistana ilk səfəri idi. Ancaq bu xüsusi bir səfər deyildi, təşkilatın toplantısına qatılmaq mahiyyəti daşıyırdı. İkincisi, zirvə toplantısından əvvəl yayılan xəbərlərdə Putinin İrəvana səfərinin bir neçə saat çəkəcəyi və Paşinyanla ikitərəfli görüş keçirməyəcəyi bildirilirdi. Putin Paşinyanla görüşdən imtina etmədi. Buna görə də Paşinyan ölkə daxilindəki rəqiblərinə dil göstərib “mən deyən oldu” sözləriylə qısa müddətə fəxr edə bilər. Qısa müddətə ona görə ki, Putinin Paşinyana münasibəti dəyişməyib”,- deyə Elxan Şahinoğlu bildirib.

Putinin davranışlarına gəlincə, politoloq deyib ki, Kremlin sahibi hələ də dostu, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdə saxlanılmasında narahatdır: “Paşinyan əvvəlkitək Putinin dostu eks-prezident Robert Köçəryanı həbsdə saxlayır. Bu isə Kreml sahibini narahat etməyə bilməz. Digər tərəfdən İrəvanın istəyinə baxmayaraq Rusiya Ermənistana satdığı qazın qiymətini ucuzlaşdırmaq istəmir. Qış aylarında ucuzlaşmayan qaz Ermənistan üçün böyük maliyyə yükünə çevriləcək”.

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”