Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan bu qızıl yataqlarından yüzmilyonlarla dollar gəlir qazanacaq


Tarix:2-10-2019, 14:47 Kateqoriya:Manşet / İqtisadiyyat

Azərbaycan bu qızıl yataqlarından yüzmilyonlarla dollar gəlir qazanacaq

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni yataqların kəşfiyyatı və istehsalat sahələrinin genişləndirilməsi istiqamətində apardığı geoloji tədqiqat işləri öz müsbət nəticələrini verməkdədir.

Belə ki, 2018-ci ildə QSC-nin geoloqları tərəfindən hazırda fəaliyyət göstərən Çovdar qızıl mədəninin yaxınlığında aşkar edilmiş qızıl təzahürlü Ağyoxuş sahəsi, həmçinin Göygöl rayonunun cənubunda yerləşən Tülallar kəşfiyyat sahəsinin resurslarının ilkin hesablanması və səmərəliliyinin qiymətləndirilməsi məqsədilə cəlb edilən beynəlxalq nüfuzlu “Micon International” məsləhətçi şirkəti tərəfindən adıçəkilən sahələrin qızıl ehtiyatlarının potensialı 600 min unsiya qiymətləndirilir.

Sahələr üzrə ehtiyatların qiymətləndirilməsi məqsədilə “AzerGold” QSC tərəfindən ötən ildən etibarən intensiv geoloji kəşfiyyat işləri həyata keçirilməkdədir. Ümumilikdə, bu kəşfiyyat sahələri üzrə buruq-qazma işləri çərçivəsində ümumi dərinliyi 22 min metrdən çox olan 180 quyu qazılmışdır. Götürülmüş filiz nümunələri beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara geokimyəvi analiz testləri üçün göndərilmişdir. Əldə olunan ilkin nəticələr əsasında məsləhətçi şirkət tərəfindən ilkin ehtiyatlar hesablanmış və yerin təkində proqnozlaşdırılan ehtiyatların potensialı Tülallar sahəsi üzrə 500 min unsiya, Ağyoxuş sahəsi üzrə isə 100 min unsiya qiymətləndirilmişdir. Bu sahələrin istismarından yüz milyonlarla ABŞ dolları məbləğində gəlirin əldə olunması gözlənilir.

Hal-hazırda qeyd edilən kəşfiyyat sahələrinin qısa müddətdə hasilata verilməsi üçün resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, mədən layihələndirilməsi, metallurji və laborator tədqiqatlar və digər zəruri tədbirlər icra edilməkdədir.

Sözügedən ərazilərin Çovdar yatağı yaxınlığında yerləşməsi hasilat zamanı Çovdar qızıl mədəninin texniki resurslarından istifadə etməyə imkan verəcək ki, bu da layihənin iqtisadi səmərəliliyini daha da artıracaqdır. Cəmiyyət tərəfindən yeni layihələrin icrası iqtisadi mənfəətlərlə yanaşı, regionların inkişafı və yeni iş yerlərinin açılmasına da töhfə verəcəkdir./modern.az/

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı