Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan- İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib - FOTO


Tarix:2-10-2019, 12:03 Kateqoriya:Manşet / Gündəm

Azərbaycan- İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib - FOTO

Bu gün Bakı Muzey Mərkəzində Azərbaycan - İsrail (“Azİz”) Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib.

Karabakhmedia.az-ın xəbərinə görə, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) Baş direktoru Lev Spivak deyib ki, təşkilatın əsas məqsədlərindən biri beynəlxalq münasibətlərin, xarici iqtisadi və siyasi əlaqələrin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etməkdən ibarətdir.

O, Azərbaycan dövlətinin mövqeyinin İsrail dövlətinə və dünyaya çatdırılmasının Assosiasiyanın hədəflərindən olduğunu vurğulayıb.

İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycan və İsrail arasında strateji əlaqələrdən, xalqlar arasında mövcud olan birlikdən danışıb. Səfir təşkilatın fəaliyyətinin ölkələr arasında əlaqələri daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin deputatı Rasim Musabəyov “Azİz”-in tarixi barədə məlumat verib.

Millət vəkili Rauf Əliyev Azərbaycan və İsrail arasında dostluq əlaqələri barədə çıxış edib.

Tədbirdə İsrailin müxtəlif şəhərlərindən olan nümayəndələr Azərbaycan və İsrail arasında əlaqələr haqqında öz təəssüratlarını bölüşüblər.

Daha sonra prosedura uyğun olaraq qurumun nizamnaməsini qəbul edilib.

Bundan sonra keçirilən səsvermə nəticəsində Vahid Bayramov Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri seçilib./APA/

Azərbaycan- İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib - FOTO

Azərbaycan- İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib - FOTO

Azərbaycan- İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib - FOTO

________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı