Qarabag Media
Haqqımızda Əlaqə

Gürcü jurnalistdən Putinə çətin sual: “Siz nə vaxt...” - VİDEO


Tarix:1-10-2019, 16:46 Kateqoriya:Manşet / Dünya

Gürcü jurnalistdən Putinə çətin sual: “Siz nə vaxt...” - VİDEO

Ermənistanın paytaxtı İrəvanda Avrasiya İqtisadi Birliyi ölkələrinin sammiti başlayıb.

Karabakhmedia.az xəbər verir ki, sammitdə Ali Avrasiya İqtisadi Şurası rəhbərləri birliyin ortaq maliyyə bazarının formalaşdırılması konsepsiyasını, 2020-ci il üçün AAİŞ büdcəsini, nəqliyyat və enerji sahəsində qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı bir sıra qərarları təsdiqləyəcəklər.

Ermənistan prezidentinin Dövlət İqamətgahında keçirilən iclasdan əvvəl Rusiya, Belarusiya, Qazaxıstan və Qırğızıstan prezidentləri birgə şəkil çəkdirib və kiçik formatda keçiriləcək ilk iclasa gedib. İclaslar mətbuata qapalı şəkildə baş tutub.

Rusiya lideri Vladimir Putin həmkarları ilə birlikdə zirvənin keçiriləcəyi binaya yola düşərkən bir qrup jurnalistin yanından keçib. Jurnalistlər Putinə tarixi Gürcüstan torpaqları ilə bağlı "Rusiya nə zaman Abxaziya və Cənubi Osetiya ərazilərindən qoşunlarını çıxarmağa başlayacaq" sualını veriblər. Vladimir Putin cavabında “Biz qərar verəndə” deyib. Jurnalist Rusiyanın daha əvvəl bu öhdəliyi üzərinə götürdüyünü xatırladıb. Putin bu sözlərə "biz həmişə öhdəliklərimizi yerinə yetiririk” ifadələri ilə cavab verib.

Budəfəki sammitin fəxri qonaqları İran prezidenti Həsən Ruhani, Moldova Prezidenti İqor Dodon və Sinqapurun Baş naziri Li Syan Lundur.

Ali Şuranın üzvlərinin iclasda inteqrasiya proseslərinin inkişafı üçün perspektivli sahələri, ittifaq bazarının fəaliyyətini yaxşılaşdırmaq və iqtisadiyyatın əsas sahələrində əməkdaşlığı genişləndirmək üçün vəzifələri açıqlayacaqları və bu kimi aktual məsələlərə baxılacağı gözlənilir. İclasın gündəliyindəki digər bir məsələ Avrasiya İqtisadi Komissiyasının (ECE) yeni inteqrasiya və makroiqtisadiyyat nazirinin təyin olunmasıdır. Bu vəzifəyə Rusiya Federasiyası Prezidentinin müşaviri Sergey Qlazyev təklif edilib. Bundan əvvəl, avqust ayında BMT-nin Cenevrədəki qərargahına rəhbərlik edən Tatyana Valovaya bu vəzifəni tutmuşdu.

Ali Şuranın iclaslarından sonra bir sıra əməkdaşlıq sənədləri, həmçinin AAİŞ ilə Sinqapur arasında sərbəst ticarət müqaviləsi imzalanacaq.

Axşam dövlət başçılarında rəsmi şam yeməyi planlaşdırılır.


______________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”