Qarabag Media
Haqqımızda Əlaqə

“Saakaşvilini həbsxanaların birində komfortlu otaq gözləyir” - Gürcüstanlı deputat


Tarix:1-10-2019, 14:28 Kateqoriya:Manşet / Dünya

“Saakaşvilini həbsxanaların birində komfortlu otaq gözləyir” - Gürcüstanlı deputat

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Gürcüstana qayıdacağı anonsunu verib.

Bu barədə siyasətçi özü jurnalistlərə deyib.

Ukraynada siyasi fəaliyyətlə məşğul olmaqda problemi olmadığını xatırladan siyasətçi bununla belə, tarixi vətəni ilə əlaqələrini itirdiyini düşünür.

“Gürcüstan dövlətçiliyini bərpa etmək istəyirəm. Yaxın aylarda ora qayıdacam”-deyə siyasətçi əlavə edib.

Maraqlıdır, gürcü xalqı Saakaşvilinin Gürcüstana qayıtmasını istəyirmi?

Modern.az məsələ ilə bağlı bir neçə deputatın fikirlərini öyrənib.

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov bildirib ki, hələlik Saakaşvilinin gələcəyi vaxtı müəyyənləşməyib:

“Güman ki, Saakaşvili seçkiyə yaxın Gürcüstana gələcək. Biz onu səbirsizliklə gözləyirik. Ancaq bütün gürcü xalqı adından danışmaq olmaz. Saakaşvilinin Gürcüstana gəlməsi ilə bağlı həm razı, həm də narazı olanlar var. Saakaşvili gələndə siz də hər şeyi görəcəksiz”.

“Gürcü arzusu” Partiyasında təmsil olunan azərbacanlı deputat Mahir Dərziyev isə qeyd edib ki, Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib:

“Ona qarşı qaldırılmış cinayət işlərinə görə o, uzunmüddətli həbsə məhkum olunub. Bir məqamı qeyd edim. Zaman-zaman Saakaşvili gələcəyi ilə bağlı bəyanatlar verib. Bilmirəm, Saakaşvili bu dəfə hansı yolla qayıdacaq?! Yerin altı, yoxsa, üstü ilə?! Saakaşvilini Gürcüstanda hüquq-mühafizə orqanları gözləyir. Bu adam törətdiyi cinayətlərə görə, həbs cəzasına məhkum olunmuş adamdır. Təbii ki, o qayıdanda həbsxanaların birində onu komfortlu otaq gözləyir”.

Mahir Dərziyev vurğulayıb ki, gürcü xalqı heç də Saakaşvilinin gəlməsini istəmir:

“Amerikanın Milli Demokratiya İnstitutu rəy sorğusu keçirib. “Gürcüstanda sabah seçki olarsa, hansı partiyaya səs verərsiniz? sualına Saakaşvilinin tərəfdarları 4% səs toplayıb. Rəyi soruşulanların yalnız 4%-i bu partiyaya səs veriblər. İndi siz deyin, Saakaşvilinin Gürcüstana gəlməsinə bütün gürcü xalqı razıdırmı?!”

Namidə BİNGÖL
__________________________________________________________________________
_______________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı