Qarabag Media
Haqqımızda Əlaqə

Ziya Məmmədovun yazdığı şeirlər üzə çıxdı: "Ömür də yoldur, yola ver, getsin..."


Tarix:1-10-2019, 13:10 Kateqoriya:Manşet / Cəmiyyət

Ziya Məmmədovun yazdığı şeirlər üzə çıxdı: "Ömür də yoldur, yola ver, getsin..."

Karabakhmedia.az bildirir ki, "Qaynarinfo" Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yazdığı iddia olunan şeirlərdən bir neçəsini əldə edib. Keçmiş nazirə aid olduğu deyilən şeirləri onun yaxın çevrəsində olanlardan biri redaksiyaya təqdim edib.

Xatırladaq ki, bir müddət əvvəl 67 yaşlı sabiq nazirin ibadətlə məşğul olduğu, mütəmadi olaraq Quranı mütaliə etdiyi və ara-sıra şeirlər yazdığı barədə verdiyimiz xəbər öz təsdiqini tapmışdı.

Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsinin əlindən çıxmasına dair iddialar dolaşır.
Sabiq “nəqliyyat şefi”nin Ziya Hafiz imzasıyla yazdığı şeirlərdən bir neçəsini təqdim edirik:

Nəsihət

Aldanma dünyada şərə, yalana.
Dadanma zibaya, zərə, talana.
Nadanın haqqını aqil olana
Zalımın haqqını qula ver, getsin
Həyat dodağıma qonur ah kimi,
Bəzən nəğmə kimi, “Çahargah” kimi,
Nə fərqi qul kimi, ya da şah kimi –
Ömür də bir yoldu, yola ver, getsin
Daraldı dostların sırası, sayı,
İndi dualardı qəlbimin payı,
Hafiz, nə edirsən qızıl sarayı
Aldanma bu keyfə, hala, ver, getsin.

* * *
Artıq payız fəslidir,
Yağış, külək, ayaz…
Könlüm dilə gəlir,
deyir yenə yaz…
Günəş yuxuludur, buludlar gümrah.
Darıxır budaqlarda mandarin, nar,
Qəlbimdə həsrətin kədəri var…

* * *
Əzizinəm dağdadı,
Arandadı, dağdadı.
Bülbül azıb meşədə,
Gülü isə bağdadı.
Əzizinəm, yar olsun,
Heyva olsun, nar olsun.
Dar gündə həyan olan
Köhnə dostlar var olsun.
Əzizinəm, qalasan,
Yaman günə qalasan.
Ötən günə gün çatmaz,
Günü-günə calasan.
_________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”