Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycana qalib gəlməliyik - Rossi


Tarix:1-10-2019, 02:01 Kateqoriya:Manşet / İdman

Azərbaycana qalib gəlməliyik - Rossi

Futbolçularımız Slovakiya ilə matçda əllərindən gələni etsələr də, böyük şansı qaçırdığımızı anlayırıq. İndi soyuq başla deyə bilərəm ki, son qarşılaşmada çox şanslı idik.

Karabakhmedia.az xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya və Azərbaycanla matçdan öncə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

55 yaşlı mütəxəssis deyib ki, kağız üzərində Xorvatiyaya qalib gəlmək mümkünsüz görünə bilər: "İndi həmişəkindən daha vacib olan iki çətin oyun var. Hələ ki, qrupdan çıxmaq şansımız qalır, amma bu iki matçın nəticəsindən çox şey asılıdır. Xüsusən də ikinci qarşılaşma. Sözsüz ki, Azərbaycanla matçda qalib gəlməliyik. Xorvatiyaya qalib gəlmək kağız üzərində mümkünsüz görünür. Amma biz yaxşı təəssürat yaratmağa çalışırıq. Əlbəttə, özümüzün və onların kim olduqlarını bilirik".

İtaliyalı məşqçi daha sonra futbolçuları barədə danışıb: "Kristian Tamaşı dəvət etməyi qərara aldım. Çünki o, keçən il əsas heyət üzvü idi. Amma "Vidi"də çox oynaya bilmədi. Son zamanlar müntəzəm olaraq "Zalegerseq"də oynayır və hər dəfə komandasının ən yaxşılarından biridir".

Rossi 8 il sonra milliyə çağırdığı "Uypeşt"in hücumçusu Robert Feçesini çoxdan tanıdığını sözlərinə əlavə edib: "Həmişə onun oyununu bəyənmişəm. Meydanda komanda üçün işləyən və taktiki cəhətdən çox yaxşı bir kollektiv oyunçusudur. Adam Salaiyə bir şey olsa və ya yorulsa, Feçesin komandaya çox kömək edə bilər. Onun gənc olmadığını bilirəm. Amma formadadır və bizə çox kömək edə bilər".

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq./Report/

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı