Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün Milli qəhrəmanlar İmamverdi Əliyev və Kazım Məmmədovun doğum günüdür


Tarix:1-10-2019, 00:30 Kateqoriya:Manşet / Qəhrəmanlar

Bu gün Milli qəhrəmanlar İmamverdi Əliyev və Kazım Məmmədovun doğum günüdür

Karabakhmedia.az-ın məlumatına görə, İmamverdi Barat oğlu Əliyev 1950-ci ilin oktyabrın 1-də İmişli rayonunun Qulubəyli kəndində doğulmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra İmişli rayon Hərbi Komissarlığının göndərişi ilə Saatlı rayon 9 saylı texniki-peşə məktəbinin sürücülük kursuna daxil olmuşdur.

1970-ci ildə İ.Əliyev sürücü peşəsinə yiyələnib, hərbi xidmətə gedir. 1972-ci ildə ordudan təxris olunur və Bakı şəhəri Yasamal rayon Daxili İşlər Şöbəsində sürücü-milis nəfəri kimi əmək fəaliyyətinə başlayır.

1973-77-ci illərdə İ.Əliyev Bakı Maliyyə-Kredit Texnikumunun tələbəsi, 1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin kursantı olmuşdur. İ.Əliyev təhsilini başa çatdırdıqdan sonra DİN-nin göndərişi ilə İmişli rayon DİŞ-nin mühafizə bölməsində baş inspektor vəzifəsində çalışmışdı.

1987-ci ildə İ.Əliyev İmişli RDİŞ-də sahə müvəkkili işləyirdi.

90-cı illərdə Vətənimizin bütövlüyü uğrunda qanlı döyüşlər başlanmışdı. Bir azərbaycanlı kimi İmamverdi Əliyevin də ürəyində düşmənə qarşı nifrət hissi alovlanırdı. 1991-ci ildə İmişli rayon Daxili İşlər şöbəsinin bir qrup əməkdaşını Cəbrayıl rayon DİŞ-nə ezam etdilər. Onların arasında İ.Əliyev də vardı. O, dəfələrlə ölümlə üzbəüz gəlsə də, çevikliyi, döyüş əzmi sayəsində bütün xatalardan qurtula bilmişdi. Ağır döyüşlərdə düşmənin 4 tankını sıradan çıxarmışdı.

1991-ci ilin noyabr ayının 15-də erməni yaraqlıları Hadrut rayonunun Şaqay kəndinə hücuma keçmişdilər. Yüzlərlə erməni yaraqlısına qarşı cəmi 17 nəfər polis əməkdaşı döyüşürdü. On saatdan artıq davam edən bu ölüm-dirim savaşında düşmən xeyli itki verdi. Döyüşdə xüsusi rəşadət göstərən İmamverdi Əliyev qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Əliyev İmamverdi Barat oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki övladı var.

İ.Əliyev İmişli rayonunda dəfn edilmişdir.

İmişli rayonunda İ.Əliyevin adına küçə var. Qulubəyli kənd orta məktəbi də Qəhrəmanın adını daşıyır. İmişli rayon Daxili İşlər şöbəsi binasının önündə İ.Əliyevin büstü qoyulmuşdur.
---------------------------------------------------------------------------------------------------------------
Kazım Məmmədov 1969-cu il 1 oktyabr Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə burada məktəbdə oxumuşdur. 1988-ci ildə ordu sıralarına çağırılmışdır. 1990-cı ildə Çelyabinsk şəhərində xidmətini başa vurub Gəncəyə dönür.

Ermənilərin torpağlarımıza hücumu onu narahat edirdi. 1991-ci ildə Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə daxil olur, bununla da onun cəbhə həyatı başlayır. Kazım bir neçə döyüşdə şücaətlə vuruşmuşdu. 1991-ci il 15 noyabr erməni qəsbkarları Xocavənd rayonunun Dərəkənd kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış ermənilər binaya od vurdular kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak oldu. Subay idi.

Azərbaycan Respublikası prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Böyük Mərcanlı kəndində dəfn edilib.

Oxuduğu 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Kazım Məmmədovun adına üç mükafat təsis edilib.

Allah rəhmət eləsin!

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix