Qarabag Media
Haqqımızda Əlaqə

1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır: 10 min mükafat təyin edildi...


Tarix:30-09-2019, 13:47 Kateqoriya:Manşet / Gündəm

1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır: 10 min mükafat təyin edildi...

Türkiyədə fəaliyyət göstərən "ASASmedya" Ermənistanda əsir saxlanılan Natiq Səlim oğlu Qasımovun tapılması üçün pul mükatafı təyin edib.

Karabakhmedia.az xəbər verir ki, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcək.

Natiq Qasımov 1971-ci ildə Gədəbəyin Kiçik Qara Murad kəndində doğulub. O, 1991-ci ildə "Qarabağ Şahinləri" adlı könüllü dəstənin tərkibində müharibəyə qoşulub. N.Qasımov 12 mart 1992-ci ildə Ağdamın Xramort kəndindəki Alban kilsəsində Ermənistan ordusu tərəfindən əsir alınıb. 7 əsgər yoldaşı ilə birlikdə mövqeləri qoruyan Natiq digərləri öləndən sonra 5 gün ərzində qida və su olmadan həmin yerdə qalıb və təslim olmaqdan imtina edib.

Daha sonra erməni əsgərləri Xocalıda əsir götürülən 22 nəfərdən biri olan Cəfər Cəfərovu kilsəyə göndərir. C.Cəfərov həmin hadisəni belə təsvir edir:

"Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar, sizi azad edəcəyik. Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda səs eşitdim. Mən tez azərbaycanlı olduğumu və təslim olmasa, 22 nəfər Xocalılını öldürəcəklərini dedim. O, tək olduğunu və beş gündür ac-susuz döyüşdüyünü bildirdi. Rəngi hissdən qapqara olmuşdu. Ermənilərin dediklərini ona çatdırandan sonra bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi".

Natiq əsir alınanda "Ogonyok" jurnalının müxbirləri Konstantin Smirnov və Enriko Sarzini hadisə yerində olub və onun şəklini çəkiblər. Hadisənin təsvir edildiyi "Strax" adlı məqalə jurnalın 15 mart 1992-ci ildə çap edilən sayında yayımlanıb.

Natiq Qasımovun qardaşı Nofəl Qasımovun sözlərinə görə, qardaşı hələ də sağdır. O, Azərbaycanlı əsirlərin axtarışını həyata keçirən Gürcüstan vətəndaşı İsmayıl Axundzadədən qardaşının sağ olduğunu öyrənib. İ.Axundzadə bildirib ki, Natiq Kirovakanda kimya fabrikində işlədilir.

Qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər Natiq Qasımovun əsir götürülməsini inkar edir. Dövlət Komissiyasının dəfələrlə müraciətinə baxmayaraq, Natiqin taleyi barədə Azərbaycan və beynəlxalq təşkilatlara məlumat verilmir./Qaynarinfo.az/

Gülşən

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”