Qarabag Media
Haqqımızda Əlaqə

Nyu-Yorkda türkdilli diasporlar bir araya gəldi - FOTOLAR


Tarix:30-09-2019, 13:38 Kateqoriya:Manşet / Türk dünyası

Nyu-Yorkda türkdilli diasporlar bir araya gəldi - FOTOLAR

ABŞ-ın Nyu-York şəhərində Türkdilli diasporların potensialının təkmilləşdirilməsi üzrə təlim proqramı təşkil edilib. Proqram Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Karabakhmedia.az xəbər verir ki, proqram çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor qurumlarının təqdimatı olub. TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Alpər Aktaş, Qazaxıstanın Nyu-Yorkdakı baş konsulu Zanibek Abdraşov, Qırğızıstan Dövlət Miqrasiya Xidmətinin sədri Bolotbek İbrahimsanov və digər türkdilli dövlətlərin nümayəndələri çıxış edərək, yürüdülən diaspor siyasəti, bütün dünyada türkdilli diasporların bir araya gətirilməsi və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətindən danışıblar. Hazırda dünyada 20 milyondan çox türkdilli diasporun mövcud olduğu, onların xüsusilə ABŞ kimi böyük lobbiçilik ölkəsində daha iri layihələr həyata keçirmək imkanlarına malik olduqları vurğulanıb.

Toplantıda bu istiqamətdə müxtəlif təkliflər səslənib. TDƏŞ-in zirvə toplantılarının əhəmiyyətindən danışılıb və növbəti toplantının Azərbaycanda keçiriləcəyi bildirilib.

Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ənənəvi keçirilən yay düşərgələrinin və müxtəlif ölkələrdə açılan həftəsonu məktəblərinin əhəmiyyəti xüsusi vurğulanıb. Tədbirdə Dövlət Komitəsinin türkdilli dövlətlərin diaspor gənclərinin ortaq düşərgələrinin təşkil olunması barədə təklifi böyük maraqla qarşılanıb.

Toplantıdan sonra dahi şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş "Nəsimi gecəsi" keçirilib. Tədbirdə Milli Müsiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi və prezidenti Nərgiz Əliyarova, Jefri Verbok, Fəqan Həsənli, Şenika Con Cordan və Ulya Aliqulovanın ifalarında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Firəngiz Əlizadənin, Faiq Sücəddinovun, İlahə İsrafilovanın, Sevinc Balabəyovanın, Tamilla Əhədovanın əsərləri, milli muğamlarımız və Nəsiminin şeirləri səsləndirilib.

Nyu-Yorkda türkdilli diasporlar bir araya gəldi - FOTOLAR

Nyu-Yorkda türkdilli diasporlar bir araya gəldi - FOTOLAR

Nyu-Yorkda türkdilli diasporlar bir araya gəldi - FOTOLAR

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı