Qarabag Media
Haqqımızda Əlaqə

Milli Məclisdə Qarabağ komitəsi yaradılsın! - TƏKLİF


Tarix:30-09-2019, 13:28 Kateqoriya:Manşet / Siyasət

Milli Məclisdə Qarabağ komitəsi yaradılsın! - TƏKLİFMilli Məclisdə Qarabağ komitəsi yaradılmalıdır.

Karabakhmedia.az xəbər verir ki, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli çıxış edib.

O qeyd edib ki, daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır.

T.Kərimli bildirib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: “Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini deyil, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, “xalq diplomatiyası”nı qəbul etmirəm”.

Deputat əlavə edib ki, ATƏT-in Minsk Qrupu buranı rəqs meydançasına çevirib: "Minsk qrupunun rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirməsi mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası... Gəlib vals oynayıb gedirlər. Minsk Qrupunun yaradılması səhv addım idi”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisdə Qarabağ komitəsinin yaradılması təklifinə münasibət bildirib.

S.Novruzov deyib ki, Qarabağ komitəsi yaransa, o halda millət vəkillərinin hamısı Dağlıq Qarabağ komitəsinin üzvü olmaq istəyəcək: “Bu Vətən hamımızındır və kiməsə bu halda komitəyə üzvlüklə bağlı qadağa qoymaq da düzgün olmayacaq. O baxımdan Qarabağ problemini kiçik bir çərçivəyə salmağı düzgün saymıram. Prezident İlham Əliyev hər gün bu məsələ ilə məşğuldur. Biz bu məsələləri millət vəkilləri olaraq təmsil olunduğumuz beynəlxalq təşkilatlarda qaldırmalıyıq”./modern.az/

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”