Qarabag Media
Haqqımızda Əlaqə

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində onlarla tədbir keçiriləcək


Tarix:27-09-2019, 16:29 Kateqoriya:Manşet / Mədəniyyət

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində onlarla tədbir keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-dən 29-dək Bakı İdman Sarayında (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 26A, Xalça Muzeyinin yanı) VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər təşkil olunacaq.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında keçiriləcək tədbirlərin Proqramı olduqca zəngindir.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Kitabxanalar mobil informasiya mərkəzi kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans, “Beynəlxalq əməkdaşlıq zalı”nın açılışı, Xarici ölkələrin milli kitabxanalarında mühafizə olunan Nəsimi əlyazmalarının surətlərindən (30 əlyazma) ibarət sərgisinin açılışı, TÜRKSOY Beynəlxalq Təşkilatı ilə birlikdə Başqırdıstanın Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans və “Mustay Kərimin əsərləri türk dillərində” kitabının təqdimatı, “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Türkiyədə çap olunmuş “Nesimi “İrak Divanı” kitabının təqdimatı, Jest dili ilə mp4 formatda tərcümə edilərək nəşr olunmuş 10 adda elektron kitabın və “Bərpanəşr” layihəsi çərçivəsində Brayl əlifbası ilə nəşr olunmuş 11 adda kitabın təqdimatı, eləcə də bu qəbildən olan onlarla tədbirin keçirilməsi nəzərdə tutulur.

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”