Qarabag Media
Haqqımızda Əlaqə

Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb


Tarix:13-09-2019, 22:59 Kateqoriya:Manşet / İqtisadiyyat

Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıbAşqabadda Türkmənistan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının beşinci iclası keçirilib.

Karabakhmedia.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Görüşdə tərəflər Azərbaycan və Türkmənistan arasında qardaşlıq, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yüksək səviyyəli əməkdaşlığı qeyd ediblər.

Komissiyanın əvvəlki iclasında əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkənin müvafiq nazirlik və idarələri arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, habelə işgüzar dairələrin tərəfdaşlığın inkişafı ilə bağlı təkliflər nəzərdən keçirilib.

Tərəflər ticarətin artırılması və müxtəlif profilli müştərək müəssisələrin yaradılması, Bakıda Türkmənistan Ticarət Evinin və Aşqabadda Azərbaycan Ticarət Evinin açılması imkanlarını, Türkmənistan-Azərbaycan işgüzar şurasının yaradılması məsələsini müzakirə ediblər.

Yüksək texnologiyalar və maşınqayırma sahəsində də daxil olmaqla ən yaxşı təcrübə mübadiləsi üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyi vurğulanıb. Tərəflər iki ölkə arasında avtomobil-bərə və dəmir yolu-bərə xidmətinin yaradılmasında, hava limanları vasitəsilə nəqliyyat əməliyyatlarının aparılması işinin intensivləşdirilməsində də maraqlı olduqlarını bildiriblər.

Görüşdə mədəni və humanitar xarakterli məsələlər də müzakirə edilib. İki ölkə arasında elm, təhsil, idman və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyi qeyd olunub.

Tərəflər Hökumətlərarası Komissiyanın növbəti iclasının gələn il Bakıda keçirilməsinə dair razılığa gəliblər./AZƏRTAC/

__________________________________________________________________________________________________-










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”