Qarabag Media
Haqqımızda Əlaqə

MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI


Tarix:13-09-2019, 16:18 Kateqoriya:Manşet / Cəmiyyət

MƏQSƏD  SƏTTAROV  KİMDİR? - I YAZIXX əsr Azərbaycan filosofları arasında özünəməxsus yeri və nüfuzu olan Məqsəd Səttarov 1925-ci ildə Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində ziyalı ailəsində anadan olmuşdur. 1941-ci ilin mayında ordu sıralarına çağırılmış və tezliklə ön cəbhəyə göndərilmişdir. Döyüşlərdə ağır yaralandığına görə ordudan tərxis olunmuş və öz kəndlərinə qayıdaraq müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.

Məqsəd Səttarov özünün qabiliyyəti, bacarığı və səyi nəticəsində sadə kənd müəllimliyindən fəlsəfə elmləri doktoru, professor, Azərvaycan Elmlər Akademiyasının müxbir üzvü səviyyəsinə qədər yüksələn şərəfli bir həyat yolu keçmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universiteti tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il “fəlsəfə” ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1954-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. Məqsəd Səttarov 1958-ci ilin may ayınadək Azərbaycan Dövlət Universytetinin fəlsəfə kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır.

Professor Məqsəd Səttarovun elmi-pedaqoji fəaliyyətinin təxminən 40 ili Azərbaycan Milli Elmlər Alkademiyası ilə bağlı olmuşdur. Məqsəd Səttarov 1958-ci ilin oktyabr ayınadək AMEA-nın fəlsəfə bölməsində və sonralar həmin bölmə əsasında yaradılmış Fəlsəfə və Hüquq İnstitutunda dialektik və tarixi materializm şöbəsinin müdiri olmuşdur.

Məqsəd müəllimin fəaliyyəti 1973-cü ildən ömrünün sonunadək AMEA fəlsəfə kafedrası ilə bilavasitə bağlı olmuşdur. O, təxminən 30 il həmin kafedraya rəhbərlik etmişdir. Professorun 10 monoqrafiyası və iri həcmli kitabı, 21 kitabçası, 60-a qədər mıəqaləsi, o cümlədən başqa müəlliflərlə birgə 4 kitabı, 7 kitabçası nəşr edilmişdir. Onların ümumi həcmi 200 çap vərəqinə yaxındır.

Məqsəd Səttarov çox yaxşı tədqiqatçı olmaqla bərabər, həm də səriştəli redaktor olmuşdur. Onun redaktorluğu ilə çap olunan onlarla məcmuə və kitab öz aktuallığına, elmi-nəzəri səviyyəsinə görə fəlsəfə ictimaiyyəti, eləcə də geniş oxucu kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Məhz bu qiymətin nətıcəsidir ki, professor Məqsəd Səttarov bir sıra elmi nəşriyyatların redaksiya heyətinin üzvü idi.

Təəssüflə qeyd edilməlidir ki, AMEA Fəlsəfə və Hüquq İnstitutunun hazırladığı şoxcildli “Azərbaycan fəlsəfə tarixi”nin baş redaksiya heyətinin üzvü, çoxcildliyin müəlliflərindən bir olan Məqsəd Səttarovun bu sahədəki səmərəlli fəaliyyəti yarımçıq qalmışdır.

Nüfuzlu alim olan Məqsəd Səttarov Fəlsəfə və Hüquq İnstitutunun və Bakı Dövlət Universitetinin nəzdindəki namizədlik və doktorluq elmi dərəcələri verən İxtisaslaşdırılmış Elmi Şuraların üzvü kimi də yüksək ixtisaslı fəlsəfə kadrlarının yetişdirilməsində fəal iştirak edirdi.

Məqsəd müəllim son illər iri həcmli kitab üzərində işləyirdi. Onlardan birinin adı “Fəlsəfə və teologiya”dır. Onun vəfatından sonra “İnsan və cəmiyyət haqqında düşüncələr” (Bakı, “Elm” nəşriyyatı-2000) adlı çap olunmuş bu əsər onun həmkarlarına, aspirantlarına, bütünlükdə fəlsəfi ictimaiyyətə son yadigarıdır. Ümidvarıq ki, Məqsəd müəllimin xatirəsini daim əziz tutan həmkarları onun “ Fəlsəfə və ideologiya” kitabını, eləcə də arxivlərdə saxlanılan başqa qiymətli əsərlərini çapa hazırlayacaq, fəlsəfə elmimizin zənginləşməsinə kömək etmiş olacaqlar.

Məqsəd Səttarovun 1961-ci ildə qələmə aldığı kitab “Sovet adamlarının şüurundakı kapitalizm qalıqlarının aradan qaldırılması haqqında” adlanır, 183 səhifədən ibarətdir. Kitabın mündəricatı belədir:

Giriş
1- ci fəsil. “Şüurdakı kapitalizm qalıqlarının mahiyyəti və onların yaşamasının səbəbləri”.
2- ci fəsil.”Şüurdakı kapitalizm qalıqlarının mənşəyi və onların konkret təzahürləri”
3 - cü fəsil. “ Şüurdakı kapitalizm qalıqlarının aradan qaldırılmasının yolları və vasitələri”. Bu kitabça şüurdakı kapitalizm qalıqlarının tamamilə aradan qaldırılması məsələlərinin elm şərhinə həsr edilmişdir.

Məlumdur ki, 1917-ci ildə həyata keçirilən Böyük Oktyabr Sosialist inqilabı sovetlər hakimiyyətinin qurulması ilə nətıcələndi. Sovet hakimiyyəti isə kəskin cinfi mübarizə şəraitində istehsal vasitələrini ictimailəşdirdi və onları xalqın mülkiyyəti elan etdi. Ölkənin iqtisadi quruluşunun köklü suirətdə dəyişməsi ilə sovet cəmiyyətinin cinfi quruluşu da dəyişdi.

Sosializm quruculuğu illərində həyata keçirilən böyük iqtisadi və ictimai tədbirlər və mədəni inqilab nəticəsində sovet adamlarının əxlaqi görüşü , şüur və mənəviyyatı əsaslı şəkildə dəyişdi. Müəllif bu prosesi belə izah edir və göstərir ki, “yeni şüururn formalaşması, yeni adət-ənənələrin yaranması mürəkkəb və çətin , həm də uzun müddət tələb edən bir prosesdir.

Bu proseslərin sürətlə getməsinə mane olan qüvvələrdən biri də sovet adamlarının müəyyən hissəsinin şüur və əxlaqaındakı keşmiş cəmiyyətlərin, xüsusən, kapitalizm cəmiyyətinin qalıqlarıdır. Bu qalıqlar işimizə xeyli ziyan vurur. Bu qalıqlar öz-özünə məhv olub getməzlər. Bunların aradan qaldırılması üçün onlara qarşı mübarizə aparılmalı, cəmiyyət sosializm və kommunizm prinsipləri ruhunda tərbiyə edilməlidir.

Burjua filosofları və pedaqoqları sözdə tərbiyənin sinfi xarakter daşıdığını inkar edir və burjua tərbiyəsinin “ümumxalq”, “ümumbəşəri” mahiyyət daşıdığını, hamı üçün eyni olduğunu elan edirlər. Halbuki o tərbiyə hakim siniflərin mənafeyinə xidmət edir, sinfi mahiyyətə malikdir. Ölkəmizdə həyata keçirilən böyük iqtisadi və mədəni işlər nəticəsində , partiya və dövlətin böyük tərbiyəvi fəaliyyəti nəticəsində sosializmə layiq insanlar yetişdi. Fəhlələrin, kəndlilərin və ziyalıların mənəvi siması kökündən dəyişdi.

Yeni dünyagörüşünə, yeni əxlaqi sifətlərə sahib olan yeni insanın yetişməsi, insan təbiətini dəyişməz hesab edən idelaist iddialara sarsıdıcı zərbə endirdi və sübut etdi ki, insanın əxlaq və düşüncəsi fitri instinktlərlə deyil, onun yaşadığı və fəaliyyət göstərdiyi ictimai mühitlə müəyyən olunur.
Düşmənlərimiz deyirlər ki, guya sosializm, kommunizm insanları mənəviyyatca yoxsullaşdırır, şüurun, əxlaqın inkişafının qarşısını alır. Bu, büsbütün böhtandır. İstismarçı siniflərin əxlaqı xalqlar arasında düşmənçilik və rəqabəti , başqa xalqların milli varlığına və mədəniyyətinə hörmət etməməyi, antihumanizmi təbliğ edir. “

Sosializm və kommunizm quruluşunun üstünlüklərini sübut etməyə çalışan müəllif az qalır dəridən-qabıqdan çıxsın. Əlbəttə, onu bu canfəşanlıqda qınamaq da düzgün olmaz, çünki zaman, mühit, şərait belə tələb edirdi. Bu yeni cəmiyyətdə yaşamaq, müəyyən mövqe tutmaq, yüksəlmək istəyirsənsə, zamanın irəli sürdüyü tələbləri qəbul etməlisən.

Məqsəd Səttarov da sosializm cəmiyyətinin bir üzvü idi. Cəmiyyət içərisində yaşayıb ondan kənarda qalmaq mümkün deyildir.Müəllif sözünə davam edərək göstərir ki, “sosializmdə istismarın, xüsusi mülkiyyətin aradan qaldırılması, ictimai mülkiyyətin bərqərar olması ilə insanların cəmiyyətdəki mövqeyi, insanlar arasındakı və insanla cəmiyyət arasındakı münasibətlər yeni əsaslar üzərində qurulmuşdur.

Sosializm cəmiyyətinə layiq yeni insanın yaranması inqilabın, sosializmin ən böyük nailiyyətidir. İçərisində köhnə burjua görüşləri qalıqlarından, xüsusi mülkiyyətçilik əxlaqi tör-töküntülərdən azad olmayan adamlar hələ az deyildir”.

Fəlsəfi ədəbiyyatdan bizə məlumdur ki, hər cür inkişafın daxili məzmunu bir sıra hadisələrin daim meydana gəlməsi və bir sıra hadisələrin ölüb getməsindən ibarətdir. Təbiətdə olduğu kimi, cəmiyyətin də inkişafı həmişə köhnə ilə yeni arasında mübarizə yolu ilə gedir.

Məqsəd Səttarov da sosializm cəmiyyətində belə hadisələrin baş verdiyini göstərir və deyir ki, bu cəmiyyətdə də daim yeni-yeni cəhətlər meydana çıxır, öz dövrünü başa vurmuş cəhətlər isə sıradan çıxıb gedirlər. Bunu sosializm həyatının müxtəlif sahələrində görmək olar. Kapitalizm qalığı olan köhnəlik isə öz mənşəyini kapitalist ictimai quruluşundan götürür.

Şüurdakı kapitalizm qalıqları köhnə quruluşdan yenisinə keçmənin qanunauyğunluğundan əmələ gələn hadisədir. İnkişafın dialektikası belədir ki, yeni köhnənin daxilində yaranır, köhnə ilə mübarizə edə-edə böyüyür, mətinləşir və nəhayət, köhnəni inkar edir.Lakin bu o demək deyildir ki, bunların arasındakı əlaqə tam kəsilmişdir, yox, köhnədə olan müsbət cəhətlər yeni tərəfindən mənimsənilir, inkişaf etdirilir.

Bu fikirlər fəlsəfə ilə məşğul olan hər bir adama məlumdur. Yəni bu, yeni bir şey deyildir. Məqsəd müəllim bunu sosializm cəmiyyətinə tətbiq edərək, onun inkişaf xüsusiyyətlərini aydınlaşdırmağa cəhd edir.

Sovet adamlarının şüurunda kapitalizm qalıqlarının qalmasının səbəblərini göstərən müəllif deyir ki, “bu, ictimai şüurun ictimai varlıqdan geri qalmasıdır. Şüurdakı kapitalizm qalıqlarının varlığını şərtləndirən digər bir ümumi səbəb kapitalizm dünyasının mövcudluğu və onun təsiridir. Məsələn , göstərmək olar ki, son bir neçə ildə Qərbi Avropa və ABŞ-ın mürtəce mətbuatında və radio verilişlərində Sovet Şərq respublikaları haqqında həqiqəti təhrif edən çoxlu məqalələr və məlumatlar verilir.

Bunların məqsədi sovet adamlarının şüurundakı millətçilik qalıqlarını canlandırmaq, millətlər arasındakı köhnə etimadsızlıq qalıqlarını qızışdırmaqdır. Guya bu respublikalarda ruslaşdırma siyasəti nəticəsində xalq ənənələri və milli adətlər məhdudlaşdırılmışdır. Şərq respublikaları müstəmləkə vəziyyətindədirlər.”

Şüurlardakı köhnəliklərin aradan qaldırılması və şüurluluğun daha da artırılmasında ideya-tərbiyə işinin əhəmiyyəti və rolu olduqca böyqkdqr. Təcrübə göstərir ki, ideya-tərbiyə işlərinə lazımi diqqət verilmədikdə, şüurun formalaşması prosesi başlıl-başına buraxıldıqda, köhnə dünyaya məxsus adət və vərdişlər yerlərini möhkəmləndirir və daha davamlı olurlar.
“Sosializm quruculuğu dövründə Azərbaycan xalqında ateizm dünyagörüşünün formalaşması”. Bu kitab 1964-cü ildə yazılmışdır. 190 səhıfədir. “Giriş” və 4 fəsildən ibarətdir.

Birinci fəsil: “İslam dini və onun sosializm quruculuğuna zərəri,
İkinci fəsil: “ Dinin ictimai köklərinin aradan qaldırılması xalqda ateizm dünyagörüşünün formalaşmasının başlıca şərtidir”,
Üçüncü fəsil: “Sosializm quruculuğu dövründə ruhanilik və təriqətçiliklə mübarizə”,
Dördüncü fəsil: “ Sosializm quruculuğu dövründə din əleyhinə ideya mübarizəsi” adlanır.

İlk başlanğıcda müəllif yazır: “ Elm sübut etmişdir ki, insanlıq öz tarixinin çox böyük bir hissəsini din olmadan keçirmişdir. İbtidai icma quruluşunun 100 min illərlə hesablanan ilk dövrlərində heç bir dini etiqad və təsəvvür olmamaışdır. İnsanlar öz əmək fəaliyyətlərində təbiət qanunlarından kortəbii surətdə istifadə etmişlər. Cəmiyyətin bir-birinə zidd olan siniflərə bölünməsi ilə insanlarda dini etiqad və təsəvvürlər meydana gəlmişdir. Elə bu vaxtdan da hakim istismarçı siniflər dini ideologiya şəklinə salaraq, əhali arasında geniş surətdə yaymışlar.
Din əleyhinə yönəlmiş ateizm hərəkatı hələ quldarlıq quruluşu dövründə meydana çıxmışdır. Dinin hökmranlıq etdiyi orta əsrlərdə belə din əleyhinə çıxış edən adamlar olmuşlar. İctimai həyatın inkişafı gedişində ateizm hərəkatı da inkişaf etmiş, ictimai quruluşun xarakterindən , elmin inkişaf səviyyəsindən asılı olaraq ateizm hərəkatının xarakteri, məzmunu, güc və vüsəti də dəyişmişdir.

Lakin sosializməqədərki dövrlərdə olan ateizm hərəkatının heç biri tam ardıcıl xaraktyer daşımamışdır. Sosialist inqilabının qələbəsi ilə ölkəmizdə ateizm hərəkatı tarixində yeni mərhələ yarandı. Sosializm cəmiyyətin bütün üzvlərinə etiqad-əqidə azadlığı verdi ( Burada müəllifə ciddi etiraz etmək yerinə düşər. Hər cür etiqad və əqidə azadlığı kağız üzərində idi. On minlərlə müsəlman həmin yalançı etiqad və əqidə azadlığının qurbanı oldu. Bütün dini ayin və mərasimlərin keçirilməsi müsəlmanlara qadağan edildi. Ölənlərin şəriət qaydasında dəfn olunması, hər hansı hüzn məclisinin keçirilməsi, məscidlərin fəaliyyəti qadağan edildi. İslama aid bütün kitab və məcmuələr yandırıldı. Din xadimləri, sadəcə Quran oxuyanlar sovet hakimiyyətinin düşməni, ingilis casusu kimi damğalanaraq həbsxanalarda məhv edildi, güllələndi, Sibirtə sürgün edildi. Əlbəttə, Məqsəd Səttarov bunu deyə bilməzdi. Çünki o, sovet ziyalısı idi, kommunist partiyasının üzvü idi, partiya və hökumətin bütün göstərişlərini , canından belə keçməli olsa da, yerinə yetirməyə hazır olduğuna and da içmişdi. Bu idi sosializmin verdiyi etiqad və əqidə azadlığı!)

Bu əsəri yazmaqda müəllifin məqsədi 20-ci illərdə və 30-cu illərin əvvəllərində Azərbaycanda ateizm hərəkatının ümumi mənzərəsini göstərməkdən ibarət olmuşdur.

“Giriş”də göstərilir ki, dini təsəvvürlərin yaşamasını şərtləndirən ümumi səbəblərlə yanaşı, bir sıra xüsusi səbəblər və amillər Azərbaycan xalqında ateizm dünyagörüşünün formalaşmasına ciddi maneələr törədirdi. Bu səbəbləırdən ən başlıcası Azərbaycanda sovet hakimiyyəti quruculuğu zaman kütləvi savadsızlığın hökm sürməsi, mədəni geriliyin, cəhalətin , fanatizmin xeyli güclü olması idi. Respublikanın şəhər əhalisinin əksəriyyəti, kənd əhalisinin isə, demək olar ki, hamısı savadsız, elmsiz yaşayırdı.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan fəlsəfə
tarixi şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d,
dosent, Qabaqcıl Maarif Xadimi.

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”