Qarabag Media
Haqqımızda Əlaqə

“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri


Tarix:13-09-2019, 15:45 Kateqoriya:Manşet / Gündəm

“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri

"Türkiyə Silahlı Qüvvələri, onun Hərbi Hava Qüvvələri çox güclü qoşun növüdür. Onlar döyüş qabiliyyətini, hazırlığını, gücünü İraqda, Suriyada terrorla mübarizədə göstəriblər. Yəni, Türkiyə Silahlı Qüvvələri öz gücünü dünyaya nümayiş etdirib".

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real TV"yə müsahibəsində deyib. Nazir bildirib ki, döyüşlər vaxtı Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti böyük təcrübə toplayıb:

"Yeni döyüş üsullarından istifadə olunub, yeni silahlara qarşı mübarizə aparılıb, yeni silahlar tətbiq edilib. Onların bu yenilikləri, topladıqları təcrübələri Azərbaycan Ordusu və pilotları ilə bölüşmələri çox önəmlidir. Hərbi Hava Qüvvələrinin komandanı mənə məruz etdi ki, təlimlər vaxtı bu məsələlərə yüksək səviyyədə baxılıb və icra olunub".

General-polkovnik "TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərini təhlil edərək hansı məsələlərin icra olunduğunu açıqlayıb:

"Birincisi, təcrübəli Türkiyə pilotları ölkəmizin Hava Hücumundan Müdafiə Qoşunlarına qarşı fəaliyyət göstərib. Bu, çox önəmlidir. Mənə məruzə olundu ki, bizim Hava Hücumundan Müdafiə Qoşunları çox yüksək peşəkarlıq nümayiş etdirib və Azərbaycan hava məkanını qoruya bilib. Təsəvvür edin ki, dünyanın ən təcrübəli pilotları hücum edir və bizim Hava Hücumundan Müdafiə Qoşunları bunu dəf edir. İkincisi, qərargahların fəaliyyətinin uzlaşmasıdır. Gələcək tədbirlərdə bu qərargahlar, qərargah zabitləri birgə planlaşdırma aparıb əməliyyatları həyata keçirə bilərlər. Üçüncüsü isə birgə uçuşlardır. Bizim pilotlarla Türkiyə pilotları qarşılıqlı əlaqədə birgə uçuşlar həyata keçirir, havada döyüşlər təşkil edir. Və digər məsələlər də var. hansılar ki, sirrdir. Bu təlimləri və onun nəticələrini yüksək qiymətləndirirəm. Təlimlər Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına xidmət edir.

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”