Qarabag Media
Haqqımızda Əlaqə

İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB


Tarix:13-09-2019, 13:05 Kateqoriya:Manşet / Gündəm

İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB

İllərdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını “qara siyahı”ya salır, onların Azərbaycana səfərlərini yasaqlayır.

Yerli və xarici məlumatlara əsasən, hər il minlərlə əcnəbi Qarabağa qanunsuz səfərlər edir.

Bu mənfi tendensiyanın qarşısını almaq üçün 2011-ci ildə deputat Qüdrət Həsənquliyev Milli Məclisə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi təqdim etmişdi. Amma nədənsə layihə müzakirəyə çıxarılmadı.

2011-ci ildən bəri xeyli vaxt keçsə də, əcnəbilər Qarabağa səfərlərini davam etdirir.

Bunun nəzərə alan bir çoxları XİN-nin “qara siyahı”sının işə yaramadığını da söyləyirlər. O səbəbdən ki, “qara siyahı”nın vacibliyinə əhəmiyyət versələr, kimsə qanunsuz səfər etmək sevdasına düşməz.

Bəs nəyə görə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb qəbul edilmir?

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az-a deyib ki, 2 gün öncə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasında bu məsələni müzakirə ediblər:

“Müzakirədə Prezident Administrasiyasının Xarici siyasət məsələləsi şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edirdi. Bu istiqamətdə geniş fikir mübadiləsi aparıldı, aydınlaşdırmalar gətirildi. Müəyyən məsələlər var ki, hüquqşünaslar daha dərindən bilir”.
Elman Məmmədovun sözlərinə görə, “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsi ətrafında müxtəlif fikirlər səsləndirilir. Faydalı və zərərli tərəfləri diqqətə çatdırılır:
“Biz bu qanun layihəsini qəbul etməklə Azərbaycanda işğal zonasının olmasını və ona status verilməsini diqqətə çatdırmış oluruq . Demək, biz qəbul edirik ki, bura işğal zonasıdır və statusu da budur. Bu işğal müvəqqəti haldır. Təbii, torpaqlarımızı işğal altında qoymayacağıq və azad edəcəyik”.

Xocalılı deputat bildirib ki, qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı hələlik qəti fikir yoxdur:
“Beynəlxalq səviyyədə bu məsələ ilə məşğul olan müəyyən qurumlar mövcuddur. Beynəlxalq dairələr arasında rəsmi səviyyədə müzakirələr gedir. Əgər məqsədəuyğun hesab olarsa, Milli Məclisə bu barədə təklif, fikir bildiriləcək. Bu hamı kimi, məni də maraqlandıran məsələdir. Ancaq hələ ki qəti belə fikir yoxdur”.

Parlamentari adıçəkilən qanun layihəsinin qəbul edilməsi ilə bağlı danışarkən bir məqamı da qeyd edib:
“Əslində, hər bir erməni vətəndaşı bizim üçün əcnəbidir. Biz bu qanunla əcnəbilərin Qarabağa gəlib-getməsinin qarşısını ala bilərikmi?! Ala bilmərik. Onların qarşısını yeganə üsulla ala bilərik. Ərazilərimizi, torpaqlarımızı işğaldan azad edib, sərhədlərimizi bərpa edək və sərhədlərimizi özümüz qoruyaq. O zaman əcnəbilərin gəlib-getməsi bizdən soruşulacaq və icazə bizdən olacaq. Nə qədər ki, işğal faktı ortadadır, hansısa qanunla onların qarşısını almaq qeyri-mümkündür”.

Namidə BİNGÖL

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”