Qarabag Media
Haqqımızda Əlaqə

Bakıya vizasız gələn ilk Türkiyə vətəndaşı danışdı


Tarix:2-09-2019, 13:16 Kateqoriya:Manşet / Gündəm

Bakıya vizasız gələn ilk Türkiyə vətəndaşı danışdı

Azərbaycan bu gündən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.

Karabakhmedia.az-ın xəbərinə görə, vizasız rejimdən yararlanan Türkiyə vətəndaşı Yılmaz Dilsiz olub. O, bu barədə redaksiyaya özü məlumat verib: “Bu gün Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etdiyi önəmli bir gündür. Mən də bu məqsədlə ailəmlə birlikdə Türkiyədən Bakıya gəldim. Azərbaycana salam olsun”.

Yılmaz Dilsiz əməkdaşımızla söhbətində bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. Hazırda Bakını gəzən türkiyəli qonaq Bakını çox bəyəndiyini, paytaxtın çox müasir olduğunu, belə təxmin etmədiyini vurğulayıb. Yılmaz Dilsiz Türkiyənin Qaziantep şəhərindən həyat yoldaşı və iki övladı ilə vizasız rejimdən faydalanan və sərhədi ilk keçən türkiyəlidir. O, avtomobilini Azərbaycan və Türkiyə bayraqları ilə bəzəyib.

Qeyd edək ki, Azərbaycan bu gündən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Bununla bağlı qərar bu gündən qüvvəyə minib. Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunub. Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir. Həmçinin, Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad edilib./oxu.az/

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO