Qarabag Media
Haqqımızda Əlaqə

“Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir” – Politoloq


Tarix:2-09-2019, 12:00 Kateqoriya:Manşet / Siyasət

“Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir” – Politoloq

"Azərbaycana qarşı fobiyası olan, azərbaycanlılara qarşı hər zaman diskriminasiya yönümlü çıxışları ilə tanıdığımız Şalva Natelaşvilinin bu tip beyanatları artıq adi hal alıb”

Avrasiya.net bildirir ki, 24News.ge xəbər portalına bu sözləri gənc palitoloq Murad Muradov deyib.

Onun sözlərinə görə, Gürcüstan siyasətində heç bir gücə malik olmayan, siyasi keçmişi kirlənmiş, parlamentdə olduğu dövürlərdə adı “mandat alverində”, hər cür intriqalarda hallanmış, şovinist, demaqoq, Gürcüstanın Jirinovskisi hesab edilən bir şəxsin bəyənatlarını ciddiyə almaq lazım deyil:

“Bu bəyanatdan sonra bir çox şeyə aydınlıq gəldi. Gürcüstan və Azərbaycan arasında, rəsmilər tərəfindən sakit bir şəkildə həllinə çalışılan “David Qareci” məsələsinin çətinliyə sürükləmək istəyənlər, cəmiyyətdə intriqalar yaradanların hansı məqsəd daşıdıqları, kimlər tərəfindən idarə olunduğu aşkar görünür.

Üzdə qərb yönümlü, Gürcüstanın milli maraqları naminə mübarizə apardıqları görünən şəxs və qrupların əslində isə xarici maraqlı dairələr tərəfindən idarə olunduğunu görürük. Separatçılar tərəfindən qondarma sərhədin gürcüstanın içinə doğru irəllədiyində, girovlar götürüldüyündə yalnız daxili intriqalarla məşğul olan, daxildə kimlərisə günahlandıran, ancaq Rusiyaya qarşı heç bir ciddi ittiham səsləndirməyən Ş.Natelaşvili bu gün Azərbaycana qarşı sərt danışır”

Murad Muradov prezident Salome Zurabişvilinində sözü gedən həssas məsələdəki addımlarına da toxunub:

“Sözü gedən məsələdə prezident Salome Zurabişvilinin atdığı addımlardada müəyyən xətalar görmək olar. “David Qareciyə” şəxsən gedən xanım prezident Rusiya ilə gərginləşən son hadisələr zamanı ciddi fikir belə bildirmədi. Lopota gölündə “günəş vannası” qəbul edən prezident jurnalistlərin suallarını iqnor etdi, üstünədə əlavə etdi ki, “Bu kimi məsələlərlə küçədə bəyanat vermək olmaz. “Özüm bəyanat barədə qərar verəndə sizlərə bildirəcəm”. Amma o gündən bu yana heç bir ciddi bəyanat gəlməyib. Xatırladımki, “David Qarecidə” vəziyyətin gərginləşdiyi dövürdə S. Zurabişvili ora getmiş və elə oradan bəyanatlar vermişdi.
Bütün baş verənlərdən sonra bunlar və bunlar kimi digər şəxslərin kimin maraqlarına xidmət etdikləri aydın olur. Rusiya tərəfindən nə zaman Gürcüstana qarşı təxribat olsa, bu şəxslər elə həmin an diqqətləri başqa səmtə yönəltməyə çalışır, gündəmi dəyişməyə çalışırlar”.

M.Muradov bu kimi bəyanatların və addımların xarici dairələrin maraqlarına xidmət etməsi ilə yanaşı Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, “Leiboristlər Partyası”nın lideri Şalva Natelaşvili bəyanat yayaraq “Davit Qareci” (Keşişcidağ) monastır kompleksində baş verən hadisələrə görə, Gürcüstanın Bakıda keçirilməsi planlaşdırılan hərbi təlimlərdə iştirak etməməsini təklif edib. O bildirib ki, təlimlərdə iştirak etmək Gürcüstana və gürcü tarixinə böyük təhqirdir.

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO