Qarabag Media
Haqqımızda Əlaqə

UNUDULMAZLAR...


Tarix:1-09-2019, 15:54 Kateqoriya:Manşet / Cəmiyyət

UNUDULMAZLAR...

“Bir insan ömrü həm Yol, həm də son mənzildir.”

Rüstəm Behrudi.

Uşaqlığımdan bu günümədək qəribə bir xasiyyət daşıyıram,bütün yaşadığım günlər bir xronolji cədvəl kimi beynimə həkk olunub elə bil həmişəlik.Bütün ayrıntı və incə detallarıyla kopiyalanmış şəkildə yatır,yatır və həmin rəqəmə tuş gələn gündə dimdik oyanır,ayağa qalxır.Bu şakərimdən heç bir zaman qurtula bilmirəm ki,bilmirəm.Bəlkədə tarixçilikdən qaynaqlanan bir vərdiş,heç də yaxşı vərdiş saymıram sevib itirdiyim Dost və əzizlərimi xatırladan günlərin tarixi o zaman təkcə rəqəmi ifadə etmir,ağır bir daş,qurğuşun kimi içimdən sallanır...

Aydın Məmmədov və Dilarə Əliyeva şəxsi olaraq tanımadığım, amma ictimai-siyasi fəaliyyətlərindən, cəsur vətəndaş mövqeyindən irəli gələn əsl ziyalı duruşuqlarıyla ürəyimdə taxt qurmuş əziz və doğam insanlar olaraq qaldı həmişə. Moskvada yaşayan dəyərli, milli fikirlərə sahib tələbə dostum İqbal keçənlərdə Şəkinin Kiş kəndində Aydın Məmmədovun məzarını ziyarət etmiş və mənə videosunu göndərmişdi. Düzü çox təsirlənmişdim bu videoadan, rəsmən alt-üst olmuşdum bu erkən itkiyə. Bir ay öncə İqballa yenə danışığımızda Aydın Bəy və Dilarə Xanımı unutdurmamaq adına bir yazı yazmağımı rica etdi. Aydın Məmmədovlu günlər canlandı gözümdə bir sinema pərdəsi kimi. Və bu yazı ərsəyə gəldi xatirələrdən, iqbal Bəylə bu konuda ortaq sevgimiz var hər iki mərhum ziyalımıza qarşı. Sağ olsun İqbal Bəy haqlı istəyiylə hiss və duyğularımı körüklədi əməlli başlı...

19 aprel 1991 ci ildə müəmmalı avtomobil qəzasına qurban edilən, xalq hərəkatının liderlərindən olan Aydın Məmmədov və Dilarə Əliyevanın ölümlərindən 28 il keçir...

"Xalq öz qəhrəmanlarını daim gözünün önündə olmağını istəyir- ya tribunada, ya da dar ağacında...

Aydın Məmmədov


Bu yazı xalqının YOLUNDA ömrünü şam kimi əridən,sözün bütün gözəl mənalarında əsl ziyalı,özünün parlaq zəkasıyla qaranlıqlarımızı aydınladan və bu YOLDA şəhid olan azman şəxsiyyətlər xalq hərəkatının liderlərindən olan Aydın Məmmədov və Dilarə Əliyevanın əziz və işıqlı xatirələrinə həsr olunur...

İndiki gənc nəsil belə parlaq aydınları mütləq tanımalı və işığımızın sönməməsi adına örnək almalı.
Gör biz kimləri itirdik İlahi?!

Milli azadlıq hərəkatının ən öndə gedən,parlaq,məşhur çıxışlarıyla milyonların ürəyndə taxt quran olduqca cəsur bir alimimiz, ziyalımız,millət vəkilimiz var idi,AYDIN MƏMMƏDOV.
Azadlıq meydanının,parlamentin xitabət kürsüsünə qalxıb nitq irad edəndə Azərbaycanda yeddidən yetmiş yeddiyədək hər kəs ovsunlanardı bu insanın çıxışının sehrində.Xalqın dərdlərinidə,vəziyyətdən çıxış yollarınıda elə məntiqli,təkrar olunmayan dillə danışar,izah edərdi ki hamıya gün kimi aydın olardı hər şey,qurduğu cümlələr hər kəsin içindən keçənlərin sadə,saf ifadəsiydi.
1991 ci ildə məşhur “4- cü mikrofon”un yaraşığıydı.Hər dəfə televiziya qarşısnda onu seyr edərkən anam bütün iş gücünü atıb,bütün diqqətiylə Aydın Məmmədovun çıxışlarına qulaq kəsilərdi.Hamımız nəfəsimizi çəkərdik O danışanda.
Cəmiyyətin bütün kəsimləri Onu sevirdi,qəbul edirdi şəriksiz.Özü həmişə deyərdi ki mən orta müxalifətin nümayəndəsiyəm.Yəni hakimiyyətdə və müxalifətdə olan mütərəqqi qüvvələrin birləşdiricisi.Bəlkəsiz öldürülmə səbəbidə bu oldu şübhəsiz.
Çünki nə,mərkəzi hakimiyyətin,nə də müxalifətin dağıdıcı,radikal qüvvələri Aydın Məmmədovun yaşamasından rahat ola bilməzdilər.Eyni avtomobildə başqa bir parlaq ziyalı,alimimiz,millət vəkilimiz Dilarə Əliyeva ilə 19 aprel 1991 ci ildə avtomobil qəzasına qurban edildi bu iki mümtaz şəxsiyyət.
Şuşada mindiyi vertolyotuda vurmuşdular Aydın Bəyin, ölümün və yaxudda öldürülmənin pəncəsindən qurtulmuşdu o anda.
Amma şər qüvvələrin növbəti ölüm tələsindən qurtula bilmədi sonda bu böyük insan.

Aydın Məmmədovu olduqca gözəl anladan bir yazısında jurnalist Aydın Canıyev eynən belə yazmışdı sərrastcasına, ürək ağrısıyla: “Aydın Məmmədovun varlığı və əlimizdən alınması yüzlərlə cavabsız sualın meydana çıxmasıdı. Yarımçıqlığın təntənəsidi! Başa çatmayan layihələrdi. Bitməyən arzulardı. Zənnə-gümana qapılmağa əsasdı. Həqiqətlərin qətlidi! “

Aydın Bəyin bir də Alim tərəfi varıydı. Aydın Məmmədovun bir alim-türkoloq kimi araşdırma və düşüncələrinin üfüqləri olduqca geniş idi, heyrətamiz idi obyektivlik adına. Məşhur alim-türkoloq Lev Qumilyovla dostluğu varıydı gənc olmasına baxmayaraq Moskvada oxuduğu illərdə.Əfsanəvi, ensiklopedik zəka olan L. Qumilyovun diqqət mərkəzindəydi. A.Məmmədovun görkəmli qazax şairi Oljas Süleymenevlə olduqca yaxın dostluğu varıydı. Aydın Bəy ciddi dilçi alim kimi Azərbaycan dilinə aid araşdırmalar, şumer diliylə türk dilləri arasında olduqca fundamental araşdırmalar aparmaq istəyirdi, bunu inandırıcı dəlillərlə ortaya qoymağa çalışırdı.

Dilarə Xanım milli-azadlıq hərəkatına ən ilk qatılan alim ziyalımız, ədəbiiyyatşünas, tərcüməçi idi. Elm cəbhəsində özünün olduqca mükəmməl tədqiqat və araşdırmalarıyla böyük işlər görürüdü. Aslanın erkəyi dişisi olmaz misalında ən qətiyyətli, cəsarətli bir duruşa, samballı ictimai-siyasi dünyagörüşə sahib idi.Eyni zamanda Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Olduqca elitar bir mədəniyyətə sahib oturuşuğu-duruşu varıydı, hamı tərəfindən sevilən və təqdir olunan.

Aydın Bəylə Dilarə Xanımın ölüm xəbəri həmin dövrdə toplumu, xalqımızı çox böyük yasa boğmuşdur. Bu acı xəbəri alanda BDU-da tarix fakültəsində I kursda oxuyurdum,tələbə idim. Hər iki mərhumun Elmlər Akademiyasında təşkil olunmuş vida mərasimində göz yaşları içində iştirak etmişdim. Aydın Bəy doğulduğu Kiş kəndində dəfn edildi. Dilarə Xanımsa on minlərlə izdihamın çiyinlərində İkinci Fəxri Xiyabanda dəfn edildi olduqca geniş matəm mitinqiylə.

Heyif Aydın Bəydən, heyif Dilarə Xanımdan...

Xalqın kisəsindən ən parlaq zəkali iki ziyali, alim, cəsur vətəndaş getdi. Olduqca unikal səxsiyyətlər idi hər ikisi. Nur icində yatsınlar!

AĞRILI QEYD. Hələ 1990-cı il 28 avqustda Culfa rayonunun Yaycı kəndində Arazda çimərkən xüsusi tapşırıqla rus zabitinin snayperdən açdığı atəşlə qətlə yetirilən böyük türkçü, fizik alim Tağı Qasımoğlu ilk şəhidlərimizdən oldu. Görkəmli türkoloq alimlərimiz, o dövrdə milli azadlıq hərəkatının ən aktiv ziyalıları Aydın Məmmədov və Dilarə Əliyevanın 1991-ci ilin aprelində müəmmalı avtomobil qəzasına qurban edilməsindən sonra ölüm dalğası Qarakənd faciəsinədək davam etdirildi ən amansız bir şəkildə. 1991 ci il 20 noyabrda baş verən Qarakənd faciəsi də düşünən başların şüurlu şəkildə kəsilməsinə yönəlmişdi. Əslində bu hadisə Sovet rus imperiyasının Azərbaycanın hakimiyyətdə təmsil olunan mütərəqqi, milli vətənpərvər kadrlarına qarşı həyata keçirdiyi qəddar terror aktıydı. Onların satılmayacağını, Vətən naminə xalqın yanında sonunadək olacaqlarını bildikləri üçün də məhv edildilər. Təsadüfi deyil ki, sonralar yəni bu sui qəsdlər bir dalğa kimi Azərbaycanın milli məfkurə daşıyan övladlarını əlimizdən aldı. Zatən az bir qisim olan bu cür cəsarətli aydınların aradan götürülməsi çox böyük boşluqlar yaratdı toplumda.Atlar öldü itlərin bayramı oldu misalı.

Bu faciədə dünyasını dəyişənlərin ruhları şad olsun!

İşıqlar içində yatsınlar!

Məhəmməd İsrafiloğlu

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”