Qarabag Media
Haqqımızda Əlaqə

Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin anım günüdür


Tarix:1-09-2019, 13:47 Kateqoriya:Manşet / Cəmiyyət

Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin anım günüdür

Azərbaycanın tanınmış milyonçusu, mеsenat, Rusiya İmperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin anım günüdür.

Karabakhmedia.az-ın məlumatına görə, Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olarkən vəfat edib. 10 yaşında ikən atası onu bənnanın yanına usta köməkçisi düzəldir. Zeynalabdin 15 yaşında ikən bənnalıq etməyə başlayır. Bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Sonradan o, özünü ticarətdə və yüngül sənayedə də sınayır və hər ikisində qabiliyyəti ilə uğur qazanır. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu olub. Bütün müsəlman aləmində tanınan milyonçunu Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özünə fəxri sədr seçib.

H.Z.Tağıyev 1873-cü ildə 2 nəfərlə şərik olub, Bibiheybətdə icarəyə yer götürür, neft quyusu qazır. Xeyli prosesdən sonra, nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu bənna Zeynalabdin milyonçu Tağıyev kimi tanınır. Üç il ərzində şəhərin mərkəzində böyük saray tikdirir.

H.Z.Tağıyev həm neft maqnatı, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin, həm də Quba ətrafında böyük meşələrin sahibi olub. İranın Ənzəli və Rəşt ərazisində də milyonçunun meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada dördmərtəbəli iri sarayı, İranda karvansarayları var idi.

Milyonçu Xəzərin sahillərində uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb, vətəgə salmışdı. Kür qırağındakı vətəgələri isə dövlətdən icarəyə götürmüşdü.

H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.

Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də, ilk növbədə, Tağıyevin adı ilə bağlıdır.

Sovet hakimiyyətinin Azərbaycanı işğal etdiyi vaxt Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O, əlindən alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçib.

H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat edib.

__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!
Nəsiminin 40 qəzəli farscadan tərcümə olunub
Müəllimlərin ən yüksək maaş aldığı ölkələr - TOP-10
İnsanı kökəldən xəstəliklər - Arıqlaya bilmirsizsə...
Moldovada təhsil alan tələbə: "Vətəndən uzaq uzaq olsaq da, vətənləyik" - FOTOLAR
Nikolun Qarabağ təklifinin mənası budur – Markaryan
Vergilər Məcəlləsinə dəyişikliklər edilir - POS-terminal olmayan obyektlər cərimələnəcək - VİDEO
Amerika səfiri: "İran xalqını senzurasız internetlə təmin etmək imkanımız var"
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
Plyonka qadağası ləğv olunmayıb - AÇIQLAMA
Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı
Portuqaliya seçmə mərhələ vasitəsilə də AVRO-2020-yə yüksəlib
Güney etirazlara qoşuldu: həbs edilənlərin sayı artır... - VİDEO
Azərbaycanda Milli Dirçəliş Günüdür
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ