Qarabag Media
Haqqımızda Əlaqə

Dövlət Komitəsində Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR


Tarix:31-08-2019, 16:18 Kateqoriya:Manşet / Gündəm

Dövlət Komitəsində Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

Avqustun 31-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Qubadlı rayonunun təcavüzkar Ermənistanın işğalına məruz qalmasının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Karabakhmedia.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbələrinin rəhbərləri, Qubadlı rayonundan olan ziyalılar və ictimai fəallar iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan ərazilərinin işğalına şərait yaradan amillər haqqında söz açıb. Bildirilib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk illərdə siyasi hakimiyyətdə olan qüvvələrin yol verdiyi ciddi və bağışlanılmaz səhvlər erməni separatizminin daha da genişlənməsinə və Ermənistanın hərbi təcavüzünə imkan yaradıb. Hazırda işğal altında olan rayonlarımızın hamısı kimi, Qubadlının da vətənpərvər övladları torpaqlarımızın müdafiəsinə qalxıb, uzun müddət düşmənə qəhrəmancasına müqavimət göstəriblər. Lakin dövləti idarə edənlərin naşılığı, mövcud vəziyyəti qiymətləndirə bilməməsi və yanlış qərarlar verməsi nəticəsində düşmən öz məkrli niyyətini gerçəkləşdirib. 1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan silahlı dəstələri tərəfindən işğal edilib.
Dünya birliyinin Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq, işğal siyasətinə son qoymaq üçün hələ də təsirli tədbirlər görmədiyi, Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin digər nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qərarlarının icra edilmədiyi təəssüf hissi ilə qeyd olunub.
Qubadlının məcburi köçkün əhalisi respublikamızın müxtəlif bölgələrində müvəqqəti məskunlaşıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı tapşırıqlarının icrası nəticəsində qubadlılı didərginlərin də mənzil-məişət şəraiti, maddi vəziyyəti yaxşılaşdırılır. Anım tədbirində çıxış edən müharibə veteranları, ziyalılar və ictimai fəallar buna görə dövlətimizin rəhbərlərinə minnətdarlıq bildiriblər. Onlar işğal altındakı bütün ərazilərimizin, o cümlədən Qubadlının xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.
Sonda “Yol gedir... Qubadlıya” filmi nümayiş etdirilib.

Dövlət Komitəsində Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

Dövlət Komitəsində Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

Dövlət Komitəsində Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

Dövlət Komitəsində Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

Dövlət Komitəsində Qubadlının işğalı gününə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

______________________________________________________________________________________________________














SON XƏBƏRLƏR
Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!
Nəsiminin 40 qəzəli farscadan tərcümə olunub
Müəllimlərin ən yüksək maaş aldığı ölkələr - TOP-10
İnsanı kökəldən xəstəliklər - Arıqlaya bilmirsizsə...
Moldovada təhsil alan tələbə: "Vətəndən uzaq uzaq olsaq da, vətənləyik" - FOTOLAR
Nikolun Qarabağ təklifinin mənası budur – Markaryan
Vergilər Məcəlləsinə dəyişikliklər edilir - POS-terminal olmayan obyektlər cərimələnəcək - VİDEO
Amerika səfiri: "İran xalqını senzurasız internetlə təmin etmək imkanımız var"
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
Plyonka qadağası ləğv olunmayıb - AÇIQLAMA
Tiflisdə genişmiqyaslı mitinq: Parlament mühasirəyə alındı
Portuqaliya seçmə mərhələ vasitəsilə də AVRO-2020-yə yüksəlib
Güney etirazlara qoşuldu: həbs edilənlərin sayı artır... - VİDEO
Azərbaycanda Milli Dirçəliş Günüdür
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ