Qarabag Media
Haqqımızda Əlaqə

“Traxtur” tərəfdarları Türkiyənin Zəfər bayramını təbrik edib və milli şüarlar səsləndiriblər – FOTO


Tarix:31-08-2019, 11:55 Kateqoriya:Manşet / Türk dünyası

“Traxtur” tərəfdarları Türkiyənin Zəfər bayramını təbrik edib və milli şüarlar səsləndiriblər – FOTO

Xəbər verdiyimiz kimi, avqustun 30-da Güney Azərbaycanın “Traxtur” futbol komandası Tehranın “Perspolis” komandasını Təbrizin səhənd stadionunda qəbul edib.

19-cü super liqa yarışlarının 2-ci həftəsində keçirilən görüş 1:0 hesabı ilə ev sahibinin xeyirnə yekunlaşıb və “Perspolis” məğlub şəkildə Tehrana yola salınıb.

Görüşü izləyən 80 mindən çox “Traxtur” tərəfdarı dəfələrlə milli şüarlar səsləndiriblər.

“Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Yaşasın “Traxtur”” və s. kimi şüarlarla çıxış edən soydaşlarımız Qardaş Türkiyənin Zəfər bayramını da təbrik ediblər. “Traxtur” tərəfdarları Türkiyənin bayrağını dalğalandıraraq 30 avqust – Zəfər bayramı münasibəti ilə şənlik ediblər.


“Traxtur” tərəfdarları Türkiyənin Zəfər bayramını təbrik edib və milli şüarlar səsləndiriblər – FOTO1922-ci ilə təsadüf edən Zəfər bayramı Türkiyə tarixində birinci dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər.

“Traxtur”-“Persplis” görüşündə bir qrup Qaşqay türkü də tamaşaçı qismində iştirak edib. Onlar yüzlər kilometr məsafə qət edərək Təbrizə gəlib və Azərbaycan türkləri ilə birlik nümayiş etdirməyə çalışıblar.

Səhənd stadionunda Bəluç gənclərinin görünməsi də xüsusi diqqət çəkib. Bəluçistandan Azərbaycana gələn gənclər “Traxtur” komandasına dəstək verib, “Traxtur eşqinə Çabahardan Təbriz gəldik” yazılmış parça nümayiş etdiriblər.


“Traxtur” tərəfdarları Türkiyənin Zəfər bayramını təbrik edib və milli şüarlar səsləndiriblər – FOTO“Traxtur” komandası və Azərbaycan Milli Hərəkatı İranda fars şovinizminin zülmü altında yaşayan millətlər üçün xüsusi ümid verir. Bundan əvvəl Əhvaz ərəbləri də “Traxtur” və Azərbaycan türkləri ilə birlikdə olduqlarını dəfələrlə dilə gətirib, bunu müxtəlif formalarda nümayiş etdiriblər.

“Traxtur”un Qoşaçaydan olan tərəfdarları isə oyunun sonunda təqidrəlayiq bir tədbirə əl atıblar. Onlar komanda tərəfdarları arasında kisələr paylayıb, oyundan sonra stadionda atılan zibil və butulkaları toplayıblar.

Bu arada “Traxtur”un yeni hücumçusu Kevin Fortune komandasının tərəfdarlarından çox təsirləndiyini bildirib.

“Bu gün ən yaxşı futbol izləyicilərini gördüm. Mən Fransada belə komanda tərəfdarlarına rast gəlməmişdim.”- deyə futbolçu qeyd edib./Gunaz TV/

_________________________________________________________________________________________________











SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”