Qarabag Media
Haqqımızda Əlaqə

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR


Tarix:30-08-2019, 22:34 Kateqoriya:Manşet / Araşdırma

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILARErmənistan Milli Təhlükəsizlik Xidməti arxivlərinin bir hissəsini açıb.

Karabakhmedia.az xəbər verir ki, 1918-1920-ci illərə aid arxiv sənədlərində Azərbaycan Xalq Cümhuriyyətinin Yerevandakı nümayəndəsi Məmməd xan Təkinski haqda maraqlı qeydlərə rast gəlinib. Çar ordusunun generalı Rəhim bəy Naxçıvanskinin Türkmənistana yürüşü zamanı övladlığa götürdüyü Məmməd bəy 1919-cu il yanvarın 29-dən həmin ilin oktyabrın 10-da qədər Yerevanda AXC-nin rəsmi nümayəndəsi olub.

Arxiv sənədlərindən aydın olur ki, Ermənistan ərazisində qurulmuş Ararat Respublikasının rəsmiləri bir-birilə yazışmalarda Məmməd xan Təkinskinin fəaliyyətini diqqətdə saxlayırmışlar. O, fəaliyyətə başladığı gündən ermənilərin xüsusi müşahidəsi altında olub.

“Yerevana gəldiyi gündən türkyönümlü səfir Məmməd xan Təkinski nəzarətə götürülmüşdü. Onun məqsədi Ermənistandakı müsəlmanların ayağa qalxmasını təmin etmək və ordu haqqında ətraflı məlumat toplamaq idi”- deyə arxiv sənədlərində qeyd olunub.

Ermənilər diplomatik toxunulmazlıq statusu olan Təkinskinin ordu, hərbi-siyasi dairələr barədə gizli məlumatlar toplaya bildiyini, həmin vacib sənədlərin Bakıya göndərildiyini etiraf edirlər. Diplomatın ən böyük xidməti isə Şərur-Naxçıvan bölgəsinin Ermənistana birləşməsinin qarşısının alınması idi. Belə ki, yerli müsəlman əhali ilə sıx əlaqədə olan Məmməd bəy Təkinski onları müqavimət göstərməyə sövq edə bilib.

1919-cu il iyunun 7-də Məmməd xan Təkinski AXC xarici işlər naziri M.Cəfərova məktubunda yazırdı:

“Denikinin başçılıq etdiyi Könüllü Ordunun uğurlu irəliləyişi halında Yerevan Azərbaycan Xalq Cümhuriyyətinə qarşı düşmən mövqe tuta bilər. Ona görə də Şərur-Naxçıvan bölgəsində ermənilərə təhlükə yaratmalıyıq. Tərəfimdən atılmış addımlar nəticəsində Şərur-Naxçıvan və Ordubad bölgəsi Milli Şuranın simasında birləşərək, mənimlə müntəzəm əlaqə yaradır”.

Məmməd xan Təkinskinin yazışmalarını oxuyan Ermənistan xüsusi xidmət orqanları bu barədə baş nazir Aleksandr Xatisova məlumat ötürürmüşlər.

Arxiv sənədlərində rəsmi Yerevanın intriqaları nəticəsində Məmməd xan Təkinskinin 1919-cu ilin oktyabrında Yerevanı tərk etməyə məcur qaldığı qeyd olunub.

Məmməd xan Təkinski Bakıya döndükdən sonra AXC hökumətində xarici işlər nazirinin müavini postunu tutur. 1920-ci ilin aprelində Qırmızı Ordu Bakını zəbt etdikdən sonra Məməd xan Təkinski siyasi səhnədən uzaqlaşır. O 1937-ci il repressiyaları zamanı güllələnib./modern.az/

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR

_____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Həyatı mübarizə ilə dolu görkəmli tarixçi alim — Bu gün Sara Aşurbəylinin doğum günüdür
Türkiyədə zəlzələdə ölənlərin sayı 39-a çatdı
Azərbaycanda sosial-fəlsəfi fikrin təbliğində Əddin Şakirzadənin rolu - II YAZI
Polis Bakıda əməliyyat keçirib, silahlı şəxslər həbs ediliblər
Cenevrə görüşü Qarabağ probleminin həllinə nə verəcək?
Əfqanıstanda içərisində 83 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Qorxulu virus Çinin sərhədlərini aşır
Azərbaycan Çinə uçuşları müvəqqəti dayandırır
Böyük hökmdarın son mənzili - Orada Şah İsmayıl və babası yatır – FOTOLAR
Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovulub - Ceyhun Bayramov
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı və yeri açıqlanıb
Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
Mahir Abbaszadə Yasamalda məskunlaşmış laçınlılarla görüşüb - FOTOLAR
Mehdi Mehdiyev Novxanı və Güzdək qəsəbələrində seçicilərlə görüş keçirib - FOTO
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır